Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:50

Qadını aborta məcbur edənlər işdən qovulacaq


Arxiv foto: ABŞ-da abort əleyhidarları aksiya zamanı plastik dölləri qaldırır
Arxiv foto: ABŞ-da abort əleyhidarları aksiya zamanı plastik dölləri qaldırır
Çində 3 rəsmi şəxs saxlanılıb və bir qadını aborta məcbur etdiklərinə görə üzr istəməli olublar.

Çin mətbuatı yazır ki, iyunun 2-də Feng Jianmei adlı qadın rəsmilər tərəfindən döyülüb və 7 aylıq uşağı abort etdirilib. Buna səbəb isə onun 2-ci uşağı doğmasına görə təxminən 6300 dollarlıq cəriməni ödəmək imkanının olmamasıdır.

Hadisə Çində böyük hay-küyə səbəb olub və ölkənin «hər ailədə 1 uşaq» qaydasının tənqidini artırıb.

Aborta məcbur edilmiş qadının və onun ölü körpəsinin çarpayı üstündəki fotoları internetdə yerləşdirilib.

Rəsmi Xinhua xəbər agentliyi yazır ki, olayda adı keçən 3 məmur öz vəzifəsindən kənarlaşdırılacaq.
XS
SM
MD
LG