Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:57

Gülyaz və Gülyanaq bacıları Türkmənistan prezidentinin ad günündə


Gülyanaq və Gülyaz Məmmədova bacıları
Gülyanaq və Gülyaz Məmmədova bacıları
-
İyunun 29-da Azərbaycanın əməkdar artistləri Gülyanaq və Gülyaz Məmmədova bacıları Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov'un ad günü tədbirində iştirak ediblər.

Gülyanaq Məmmədova Aşqabad səfəri haqqında AzadlıqRadiosuna bunları danışıb.

- Mən ikinci dəfə idi Türkmənistan prezidentinin doğum günündə iştirak edirdim. Birinci dəfə onun şəxsi dəvəti ilə 2010-cu ildə Türkmənistanda olmuşdum. Bu səfər belə olmuşdu. Səfərdən əvvəl Bakıda Mahnı Teatrında Türkmənistanın klassik şairi Məxdumqulunun yaradıcılıq gecəsi keçirilmişdi. Oradan da sənətçilər gəlmişdi. Məndən də bir-iki muğam təsnif oxumağı xahiş etmişdilər. Həmin disk ora getmişdi. Türkmənistan prezidenti də ifamı görüb bəyənmişdi. Orada rəhbərlik hər şeyə diqqət edir. Bəyənmişdilər və məni dəvət etmişdilər. Həmin səfər çox uğurlu olmuşdu. Ona görə də, ikinci dəfə də dəvət etdilər. Bu dəfə Gülyaz da iştirak edirdi.

- Budəfəki dəvət də Türkmənistan tərəfdən idi?

- Bir ay əvvəl – iyunun 1-də mən Azərbaycan-Türkmənistan diplomatik əlaqələrinin 20 illik əlaqələrinə həsr olunmuş tədbirdə iştirak etdim. Səhəri günü Azərbaycanın Müstəqilliyi Gününə həsr olunmuş solo-konsertlə çıxış etdim. Azərbaycan səfirliyinin əməkdaşları dedi ki, ola bilsin, sizin ifanızı prezidentin doğum gününə təklif etdik. Prezident də bizim səfirliyin təklifini sevə-sevə qəbul edib. Hər insan prezidentin doğum günü konsertinə dəvət olunmur. Dünyanın ən məşhurları orda idi. Azərbaycandan da biz idik.

- Berdymukhammedov’un ad günü üçün hansı mahnını ifa etdiniz?

- 2010-cu ildə muğam ifa etmişdim. Cəh-cəhlərimlə, zəngulələrimlə alqışlar qazanmışdım. Həmin mahnı Oqtay Kazımovun Cabir Novruzun sözlərinə olan «Bulaq suyu, dağ havası» mahnısı idi. Sonda isə prezidentin doğum gününü türkməncə təbrik etmişdim. Türkməncə də muğam ifa etmişdim. Bu günə qədər orada hamı «Gülyanağın ifasıdır» deyib «Bulaq suyu, dağ havası» mahnısını sevə-sevə oxuyur. Bu dəfə isə Arif Səlimovun «Sizindir» mahnısını ifa etdik. Gülyaz Azərbaycan dilində, mən türkmən dilində oxudum. Eyni zamanda Əlibaba Məmmədovun neçə illər yaşayan «Min yaşasın» mahnısını iki dildə - Gülyaz azərbaycanca, mən türkməncə oxudum. Budəfəki konsertdə də Türkiyədən Mustafa Sandal, Gülben Ergen, Bengül, Sandra,
Foto: Arxiv - İldən-ilə daha da təmtəraqlı olur
Foto: Arxiv - İldən-ilə daha da təmtəraqlı olur
Belarusdan Didulya, Fransadan, Livandan və başqa ölkələrdən çoxlu müğənnilər iştirak edirdi. Prezidentin, oranın Mədəniyyət nazirinin istəyi ilə bir günə bizə onların gözəl paltarlarını tikdirdilər. «Min yaşasın» mahnısını ifa edəndə, bütün dövlət məmurları, bütün stadion ayağa qalxdı. Bu, heç bir müğənni üçün olmadı. Təkcə bizim üçün oldu.

- «Sizindir» mahnısının sözləri nədən ibarət idi?

- Xalqa, dövlətə, iki dövlət prezidentinə - həm Azərbaycan, həm də Türkmənistan prezidentinə aid idi. Hər iki mahnıda biz iki dövlət başçısını nəzərdə tutmuşuq.

- Bəs, Türkmənistan prezidenti ilə görüşdünüzmü?

- Yox. Prezidentin özü heç bir sənətçi ilə görüşməyib. Ancaq Mədəniyyət naziri gəlib xüsusi təşəkkür elədi. Nazirlər Kabinetindən nazir müavini özü tədbir boyunca məşqlərdə də iştirak etdi. Orada o qədər ciddi rejimdir ki, hətta Prezident Aparatından, Mədəniyyət Nazirliyindən adam məşqlər boyunca iştirak edirdi. Hər biri bizi salamlayıb, «Xoş gəldin!» dedi.

- İlk səfərinizdə də Türkmənistan prezidenti ilə görüşməmişdiniz?

- Onda da görüşməmişdim. Ancaq onu deyim ki, birinci gedişimdən 4-5 ay sonra prezidentin sərəncamı ilə Qızıl Medal mükafatını aldım. 2010-cu ilin oktyabr ayında. Bu, onun mənim səsimə, Azərbaycan musiqisinə olan hörməti, dəyəri idi.

- Bu cür ad günləri adətən təmtəraqlı olur.

- Bəli. İldən-ilə daha da təmtəraqlı olur. Türkmən xalqı 5 gün bayram edir. İyunun 29-u doğum günüdür. 30-da isə bütün müğənnilər solo-konsertlə çıxış edirlər. Bizim də ayrıca solo-konsertimiz oldu. Ad günü konserti qapalı xokkey stadionunda keçirilirdi. Çox yüksək səviyyədə idi. Möhtəşəm bir stadionda keçirilirdi.

- Türkmənistan prezidenti özü də həmin mərasimdə iştirak edirdi?

- Prezident ad günündə iştirak etməyi sevmir. Xüsusi olaraq evdə oturub dinləyir. Mahnını bitirib zaldan çıxdığımız 5-10 dəqiqə deyildi ki,
Gurbanguly Berdymukhammedov'i təbrik edirlər
Gurbanguly Berdymukhammedov'i təbrik edirlər
bizə yaxınlaşıb mahnıların sözlərinin, musiqinin kimin olduğunu, onları yazıb verməmizi istədilər. Dedilər ki, prezidentə çox maraqlı gəlib, ona getməlidir. Çox bəyənmişdi, ona görə.

- Bəs bu təmtəraqlı ad günü keçirən prezidentin ölkəsində adamlar necə yaşayır, nələri müşahidə etdiniz?

- Aşqabad günü-gündən gözəlləşir. Yaşayış binaları yüksək səviyyədədir. Ünsiyyətdə olduğumuz adamların hamısı ağız dolusu prezidentlərindən razılıq edirdilər. Ənənələrini qoruyub saxlayırlar. Əksəriyyət milli geyimdədir.

- Bu cür konsertlərdə qonorarlar necə olur?

- Biz ki, orada Azərbaycanın adından çıxış edirik, bu, mənim ən böyük qazancımdır. Mən ordan başqa təmənna güdməmişəm. Bu günə qədər təmənnasız getmişəm. Mənim ən böyük qazancım Azərbaycanın adını yüksəyə qaldırmağımdır. O, heç bir pulla ölçülmür.

- Bəs Azərbaycan prezidentinin ad günündə necə, iştirak etmisinizmi?

- Yox, etməmişik. Biz dövlət tədbirlərimizdə çox olmuşuq. Ulu öndərin bizə sevgisi çox böyük idi. Ən gənc ifaçılar kimi bizə 1998-ci ildə Əməkdar artist fəxri adı verdi. O vaxtdan sonra da bütün dövlət tədbirlərində iştirak etmişik. Mədəniyyət Nazirliyinin xətti ilə Azərbaycan mədəniyyəti günlərində dəfələrlə xarici ölkələrdə olmuşuq. İndiki prezidentimiz də bizi evlə təmin edib. Bizə yüksək dəyər verir. Ancaq Xalq artisti adı ilə bağlı bizə çoxları sual verir. Bilirik ki, təqdimat getsə, bizim prezidentimiz bizi çox sevir, ona da imza atacaq. Ancaq nədənsə təqdimat getmir. Bəzən görürük ki, bizim qədər zəhməti olmayanlar o adı alıb. Ona görə də mən də umuram.
XS
SM
MD
LG