Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:45

Şəffaflıq indeksi: «Statoil» 1-ci, BP 9-cu


Foto: Arxiv
Foto: Arxiv
-
Korrupsiya ilə mübarizə qrupu olan «Transparency International» ümumi vəsaitləri 11 trilyon dollar olan 105 aparıcı şirkətə qiymət verib.

Təşkilat şirkətlərin korrupsiyaya qarşı mübarizə sistemləri, daxili strukturları və təqdim edilmiş maliyyə xarakterli məlumatlarını çözərək onları 0-10 balla qiymətləndirib.

«Transparency International» belə bir tədqiqatı sonuncu dəfə 2008-ci ildə aparıb. O vaxtdan bəri ümumi vəziyyət yaxşılaşsa da, təhlil edilmiş şirkətlərdən 24-ü «qeyri-şəffaf strukturlarla» əlaqələri üzündən orta hesabla 4.2 bal alıblar.

Hesabatda bildirilir ki, şəffaflığın olmaması kompaniyaların nə qədər gəlir əldə etdiyini və vergi ödədiyini deməyə çətinlik yaradır. Şirkətlərin yarısı siyasi kampaniyalara maliyyə qoyuluşu ilə bağlı informasiyaları qapalı saxlayırlar.

Norveçin «Statoil» şirkəti 37 ölkədə törəmə şirkətləri, ödədiyi vergi, əldə etdiyi mənfəət haqqında informasiyaları açıqlaması sayəsində reytinq cədvəlinə 8.3 balla başçılıq edir.

Rusiyanın «Gazprom» şirkəti, «Amazon» 2.8, «Google» 2.9, «Apple» isə 3.2 balla dəyərləndirilib.

Yer

Şirkət

Bal
1

Statoil

8.3
2

Rio Tinto

7.2
3

BHP Billiton

7.2
4

ArcelorMittal

6.9
5

BG Group

6.7
6

HSBC Holdings

6.7
7

BASF

6.7
8

France Telecom

6.6
9

BP

6.6
10

Allianz

6.6

...

103

Honda Motor

1.9
104

Bank of Communications

1.7
105

Bank of China

1.1

Hesabatda qeyd olunur ki, bəzən şirkətin qeydiyyatdan keçdiyi ölkə ilə fəaliyyət göstərdiyi ölkə eynidir, bir çox hallarda isə fərqli. Britaniyanın Virgin, Kayman adalarında yaradılıb qeydiyyatdan keçən şirkətlərin fəaliyyət göstərdiyi ölkələr arasında Azərbaycanın da adı var.

ŞİRKƏTLƏR QEYRİ-QANUNİ ÖDƏNİŞLƏR VERMƏYƏ MƏCBURDURLAR

İqtisadçı ekspert Azər Mehdiyev isə deyir ki, bu cür hesabatlar heç də vəziyyəti dolğun təsvir etmir:
Azər Mehtiyev
Azər Mehtiyev

«Bu cür şirkətlərin ayrı-ayrı ölkələrdəki fəaliyyəti kommersiya sirri adlanaraq qapalı saxlanır. Yaxud da həmin şirkətlər özləri müəyyən razılaşma çərçivəsində hansısa ölkələrdəki fəaliyyəti haqda informasiyanı bu və ya digər şəkildə qapalı saxlamağa meylli olurlar. Çünki bir çox hallarda həmin ölkələrdə korrupsiyalı mühit mövcud olduğundan şirkətlər qeyri-qanuni ödənişlər həyata keçirməyə məcbur olurlar».

Azər Mehtiyev reytinqdə yüksək yer tutan şirkətlərin Azərbaycandakı fəaliyyətindən də danışıb:

«Bu şirkətlərin bir hissəsi Azərbaycanda vətəndaş cəmiyyətinin onlara göndərdiyi sorğuları cavablandırır. Elə adını çəkdiyimiz şirkətlər Azərbaycanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün üzvləridirlər. Onlar bu təşəbbüs çərçivəsində hökumətə ödəmələr haqqında hesabat verirlər. Lakin bu şirkətlərin əksəriyyəti, BP istisna olmaqla, fərdi hesabatlılıqdan imtina edirlər. Çünki bu fərdi hesabatlılıq tələbi Azərbaycan hökuməti tərəfindən qoyulmalıdır».

Ekspert hesab edir ki, dünyanın iri korporasiyalarının Azərbaycandakı fəaliyyətinin şəffaf olması üçün hökumət tələblər qoymalıdır.
XS
SM
MD
LG