Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:42

Sayman Aruz. Nə olub sənə?..


-

Nə olubdur sənə?
Bütün xiyavanlar səninlə doludur
Bütün dörd yollar,
Bütün küçələr,
Mən,
Zəncirlərin qırılmasını hiss edirəm
Və keçidlər
Kağızlarımdan keçirlər hər gün.

Nə olubdur sənə!?
Bütün adlar səninlə başlayır.
Və boğazınla bütün adamlar səslənilir.
Bulutların ipini burax,
Gecə qaranlıqdir.
Və hər insan,
Yeni bir üsyan!

Bütün kəlmələri axtardım,
Və sən,
Tanrının adında gizlənmişdin.
Bütün xiyavanları axtardım,
Və sən,
Küçələrin başında dayanmışdın.
Varlığın bəs edir,
Adın bəs edir günəşin çıxmağına,
Bulutların ipini burax!
Sənə nə olub!?

Gecə qurtarır
Və sən,
Yenə də yazılmırsan.
Dənizlərin səsini duy
Mayakların ışığını,
Varlığın bəs edir.
Bütün gəmiləri axtarmışam,
Bütün yelkənləıri.

Hansı tufan,
Hansı yelkənsən sən!?
Bütün okeanları axtarmışam
Bütün balıqları,
Bütün baltaları dadmışam,
Və ağaclıqımdan
Yalnız,
Bu önümdəki kağızlar qalıblar.

Qoxunu hiss edirəm
Və günəbaxanlar sənə yönəlir.

Inanıram,
Və mələklərin qanadı yanır,
Və sən
O qədər çoxsan ki,
Axıb qurtulmursan!
XS
SM
MD
LG