Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 07:56

Macarıstan Azərbaycanı razılaşmanı pozmaqda günahlandırır


Macarıstan bayrağı
Macarıstan bayrağı
Macarıstan Xarici İşlər Nazirliyi Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfvi ilə əlaqədar Azərbaycanın Budapeştdəki səfirinə rəsmi etiraz təqdim edib.

Macarıstan hökuməti əfv qərarını «yol verilməz» adlandırıb. Rəsmi Budapeştin bəyanatında qeyd olunur ki, Azərbaycan razılaşmanı pozub. Bildirilir ki, Azərbaycan tərəfi Ramil Səfərovu təhvil alarkən onun ömürlük cəza çəkəcəyinə, yalnız həbsinin 25 ili tamamlanandan sonra azadlığa buraxıla biləcəyinə təminat verib.

Avqustun 31-də Prezident İlham Əliyev Macarıstanda ömürlük həbs cəzası alan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun əfv olunması haqda sərəncam imzalayıb.

Ramil Səfərov 2004-cü ildə Macarıstanın Budapeşt şəhərində keçirilən hərbi təlimlər zamanı Azərbaycan bayrağını təhqir etdiyi bildirilən erməni zabitini qətlə yetirib. Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilmişdi.

Əfv olunduqdan sonra Ramil Səfərova mayor rütbəsi verilib.

Ramil Səfərovun əfv olunmasına etiraz olaraq Ermənistanda etiraz aksiyaları keçirilib, rəsmi Yerevan Macarıstanla diplomatik əlaqələri dondurduğunu bəyan edib.
XS
SM
MD
LG