Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 12:44

Elmlər Akademiyasının prezidenti: "Belə hərflər həqiqətən problemlər yaradır"


Mahmud Kərimov
Mahmud Kərimov
-

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov Azərbaycan əlifbasının dəyişdirilməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirib.

AMEA prezidenti APA-ya açıqlamasında deyib ki, hələlik rəhbərlik etdiyi qurum Azərbaycan əlifbasının dəyişdirilməsi ilə bağlı təkliflər verməyəcək:

“Azərbaycan dilinin İnkişafı ilə bağlı Dövlət Proqramının layihəsi artıq hazırlanıb və yaxınlarda Azərbaycan Nazirlər Kabinetinə təqdim olunacaq. Əlifba ilə bağlı təklif etməyi düşünmürük. AMEA-ya belə bir tapşırıq da verilməyib. Bununla bağlı sərəncam və tapşırıq olsa, AMEA təkliflərini hazırlaya bilər”.

AMEA prezidenti deyib ki, Azərbaycan əlifbasının tam şəkildə dəyişdirilməsinin tərəfdarı deyil:

“Amma “ə” kimi bəzi uğursuz hərflər dəyişməlidir. Belə hərflər həqiqətən problemlər yaradır. Bunun əvəzinə başqa işarə tapmaq daha məqsədəuyğun olardı. Bu hərf üstündə iki nöqtə olan “a” kimi verilsə, yaxşı olar. Mənə elə gəlir ki, bu haqda düşünmək lazımdır”.

“ç”, və “ş” hərflərinin qrafemlər şəklində işlədilməsinə gəlincə, M. Kərimov deyib ki, bu hərflər kompyuterlərdə, internetdə müəyyən problemlər yaratsa da, hər halda onların işarəsi artıq qəbul olunub: “Amma “ə” hərfi mənə heç münasib gəlmir. İstifadəçilərin kompyuterlərdən istifadəsini daha rahat etmək üçün bu hərfi dəyişmək məqsədəuyğun olardı”.

"525"
XS
SM
MD
LG