Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:32

Məqsəd Nur. Pul söhbəti (Hekayə)


-

Məqsəd Nur


Pul söhbəti


I. Ayrıc

- Çmo! Çmo! Çmo...
Min doqquz yüz səksən altıdan deyirəm. Öz-özümü, cəddi-əğrabamı söyəndə: “Çmolar! Çmolar! Çmolar...”, deyib rahatlanıram...
Qərarsızam. Hara getmək, harda qalmaq, nətər qazanmaq, bilmirəm. Krasnodara getmək istədim. Ksyuşanın yanına. Qaldım. İş çıxdı. Bizimkilər ağzıbəri qayıdır... Hamısının zatına nəhlət. Vaxt tapdılar qayıtmağa. Yol ayrıcındayam.
- Çmolar! Çmolar! Çmolar...


II. Triper

-... Hər yerdə adamları öyrənməyə çalışdım. Çox marıtlıyıb baxanam. Bir gün biri vurub çənəmi sındırasıdı. Hələ beləsi anasının qarnından çıxmayıb, amma... qızlara lap çox baxıram. Mən əsgərliyə gedəndə Mingəçevirdə qızlar bir başqaydılar (ora bazlığa gedirdim), indi bir başqa. Güllü-çiçəkli geyinərdilər. Şəhərə baxırdın, qız deyilən tül pərdə kimi yellənirdilər. Üzləri gülürdü. İndi çoxu nə gəldi geyinir, göz-qaşına nə gəldi çəkir. Hər işləri qəsdəndi: biri saçını uzadır, dik gəzir, telini qırxıb yerə qoyur, başıaşağı gedir, qəsdən. Hər cürəsi. Onda bir cürəydi. Prostitutkalar çoxalıb. Mən gedəndə, həşdat altıda, prostitutkalar adnanıydılar. Goranboy kruqunda ikisi vardı. Biri qara zıbıtdığ, biri blandinka. Həşdat beşdə, Eldarnan ikisini də götürmüşdük, pulunu mən verəsiydim, getdik Kür qırağına, kabab çəkdik, mən onda bildim, triper nədi. Oğraş qızı, içdi, dedi, triperəm, qoymaram uşağı məndən korlana. Eldar da döydü, basdı maşına ki, canuvu alaram qəhbə, gedək başqasını tap gətir. Getdik Mingəçevirə, o da gətirdi. Qonşusuydu... Sonra, həşdat yeddidə, mən özüm öz canımda bildim də triper nədi. Yaxşıdı sifilisə tutulmadım. İndi yol qıraqları doludu. Hər qiymətə, hər cürəsi...
Bir tərəfdən yaxşıdı, nə istəsən var. Bir tərəfdən də bilmirsən, hansı siflisdi, hansı təmiz. Kim kimə deyə bilər ki, olası şeyi eləmə, olan şeydən dadma, öləsisənsə ölmə, qalasısansa qalma. Heç kəs öz qismətini bilmir...


III. Çala

(Neyçün bütün bunları sənə danışıram: bizə həyatı öyrədənlər lazımdı. Beşinci sinifdən götürsünlər, başımızın içini söküb təzədən yığsınlar. Sonra biz də başqalarını öyrədək. Sual pırtdıyıb çıxır: bəs heç kəsdən öyrənməyib məsəlçün dostunu, otaq yoldaşını, sözü özüvə götürmə, öyrədib adam eləmək istəyən nə işlə məşğuldu? Dəlləkliynən. Mədəni dildə eksperimentnən. Məsəlçün, vaxt gələr, sən mənə ustad kimi baxarsan, amma mənim ustadlığım eksperimentdi, öz canımnan çıxandı, bunu bil. Bunu sənə heç kim deməz, amma bil ki mənim müəllimliyim sənin başında dəlləklikdi. Nəyin varsa, özcə canından çıxacaq...)
İnanmazsan, adam hərdən detdom uşağı olmaq istəyir. Bu qədər qohum-əğraba, hamısı bir çaladı, çala...


IV. Opal

-...”modern talkinq” dağıldı. Sarısaçın adı nədi...
- Diter Bolen...
- Bilirsən haa, videon olub?
- Rayonda var.
- Gətirərsən...
-...
-...Tərtərdə fezo vardı, bir nömrəli orta məktəbin yanında. Fezoda oxumamısan?
- Ticarətdə oxumuşam.
- Tərtərdə olmamısan?
- Çççı.
- Dərsdən qaçırdıq, gizdənirdik fezonun həyətində, bizim məktəbnən arasında bir beton deşiyi vardı: indi o deşik elə-helə də qalıb - söhbət həşdat birdən gedir, girib orda Opal çəkirdik. Opalın bir paçkası əlli qəpiyə...


V. Buluddağıdan

Zordu, oturmusuz Salyanda, elə bilmisiz Qarabağ bu tərəfdə yox, bu tərəfdədi... Fezonun həyətində erməni topları gizlətmişdilər: mən də rayona gedəndə o deşikdən girib topları çəkdim - fotoapparatı Mingəçevirdə Fərhaddan götürüb getmişəm, Zenitiydi, üç gününə 10 manat pul verdim, guya jurnalistəm (deyirəm, heç kəs inanmır), gətirdim Bakıya, mətbəədə göstərdim, bir ləzgi dostum vardı, istədi, verdim. İki gün sonra o şəkilləri hamı qəzetlər yaydı dünyaya, televizorlar göstərdi. Aləmi qatdım. Buluddağıdan topmuş. İçini dəyişdirib ağzını yönəldiblərmiş...

1996-1997
XS
SM
MD
LG