Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 05:56

Gürcüstanda yeni parlament birinci sessiyasını keçirir


Arxiv foto
Arxiv foto
-

Oktyabrın 21-də Gürcüstanda yeni parlament Kutaisi şəhərində birinci sessiyasını keçirir.

Prezident Mikheil Saakashvili parlamentə müraciət edəcək.

Deputatların yeni spiker seçəcəyi gözlənir.
"Gürcü arzusu" koalisiyası artıq David Ususpashvilini bu posta namizədliyini səsləndirib.
Koalisiyanın lideri Bidzina Ivanishvili isə baş nazirliyə namizəddir.
O da gözlənir ki, deputatlar parlamentin Tbilisidə işləməsi üçün Konsititusiyaya düzəliş etsinlər. Əvvəlki parlament 2011-ci ilin iyulunda Konstitusiyaya düzəliş etmişdi ki, 2012-ci ilin parlament seçkisindən sonra deputatlar ölkənin ikinci böyük şəhəri Kutaisidə yığıncaq keçirsinlər.
Oktyabrın 1-də keçirilən seçkidə isə müxalifətçi milyarder Bidzina Ivanishvilinin "Gürcü Koalisiyası" qalib gəlib. Koalisiya 150 yerlik parlamentdə 85 deputat yeri qazanıb. Prezident Saakashvilinin partiyası isə 65 yer götürüb.
XS
SM
MD
LG