Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:02

İsmayıllının icra başçısı görüş keçirib


-
Your browser does not support iframes.
ƏLİ ƏHMƏDOV: «BİZ BİR-BİRİMİZİN HAQQINI TANIMALIYIQ»

«Bir-iki gündür insanlarımız gərginlik yaşayır. Bakıdan bölgələrdən insanlarımız gərginliklə izləyirlər. İnsanlarımız istəyir ki, gərginlik tezliklə yatsın. Mən sizi əmin edirəm ki, hüquq-mühafizə orqanlarının əməkdaşları sizə qarşı deyil, sakitlik, əmin-amanlıq yaratmaq üçün buradadır. Bu qarşıdurmadan daha çox siz - ismayıllılar narahatsınız. Biz qəbul etməliyik ki, qarşıdurma, hansısa oteli yandırmaq olmaz. Hansısa narahatlıq varsa, bu, o problemi həll etmir. Mən demək istəmirəm problem yoxdur. Yəqin, nə isə problem var. Bu məsələdən öz məqsədləri üçün istifadə etmək istəyənlər var. Hadisənin baş verməsindən sonra ayrı-ayrı yerlərdən gələn adamlar olub. İnanmırıq ki, onlar bu qarşıdurmanın qarşısını almaq üçün gəliblər. Biz istəyirik bu qarşıdurmanın qarşısını siz özünüz alasınız, rayonun ağsaqqalları alsın. Mən istəmirəm siz öz problemlərinizi atmaca sözlərlə rəhbərliyə çatdırasınız. Bu rayonda yaşanan problemlərin ağrısını siz çəkəcəksiniz. Siz maraqlı olmalısınız ki, burada problemlər olmasın. Həqiqət bundan ibarətdir ki, Azərbaycan son illər çox dəyişib. İsmayıllı çox dəyişib. Hökumətimiz, prezidentimiz əlindən nə gəlibsə edib. Biz qəzəblə bu problemləri həll edə bilmərik. Biz bir-birimizin haqqını tanımalıyıq. Gənclərin nəyisə yandırması düzgün deyil. Qanun olan yerdə kimlərisə öz başına cəzalandırmaq təhlükəlidir. Dövlət varsa, hər kəsin haqqını, hüququnu qorumaq üçün yaranıb. Hərə öz haqqını qorumaq yolunu tutsa, bundan bütün insanlar əziyyət çəkə bilər. Rayon rəhbərlərinin borcudur ki, gənclərin qayğısına qalsın. Hökumət əhalinin qayğılarını çəkməlidir, amma şıltaqlığını yox. Baxıram, zalda gərginlik görürəm. Bu, bir-neçə gün baş verən gərginliklə bağlıdır və hamınız bu gərginliyin aradan qaldırılmasını istəyirsinizsə, bunun üçün addım atmalısınız. Yerli hakimiyyət nümayəndələrinin borcu sizi dinləməkdir. Qarşıdurma üsulu problemlərin həlli yolu deyil. Bu, bir neçə nəfərə sərf edən məsələdir. Biz istəyərdik ki, 15 il əvvəl fəal olan adamlar indi öz fəallığını ortalığa qoysun. Ola bilər, kimlərsə vaxtilə vəzifədə olub, sonra vəzifədən çıxıb, amma rayonun mənafeyi naminə hamı birləşməlidir. Elə olmasın ki, problem getdikcə böyüsün, İsmayıllı camaatından istifadə etsinlər. Səhər o maraqlı qüvvələr niyyətlərinə çatandan sonra sizlər o adamlara lazım olmayacaqsınız».

«DÜŞMƏNÇİLİK ETMƏMƏLİYİK»

İsmayıllı bölgəsindən seçilmiş deputat Novruz Aslanov öz çıxışında rayonun artmaqda olan turizm potensialından söz açıb. Onun fikrincə, məişət zəminində baş verən hadisəni kimlərsə başqa istiqamətə yönəltməyə cəhd göstəriblər:

«Bizim bir-birimizə düşmənçilik etməyə haqqımız yoxdur və biz bu hadisələrdən çəkinməliyik».

Müşavirə davam edir

«TƏDBİR GÖRƏCƏYİK»

İsmayıllı rayon İcra Hakimiyyətinin rayon sakinləri ilə görüşü keçirilir. YAP rəhbərliyindən Əli ƏhmədovMübariz Qurbanlı da görüşə qatılıblar.

DİN rəsmisi Cavanşir Məmmədov mövcud vəziyyətdən danışaraq bir neçə nəfərin cinayət məsuliyyətinə cəlb olunduğunu və barələrində həbs-qətimkan tədbiri seçildiyini bildirib:

«Prosesdə iştirak edilən müəyyən adamlar da məsuliyyətə cəlb edilib. Hadisə zamanı ayrı-ayrı vətəndaşlar, o cümlədən polislər xəsarət alıb. Üç polis – ilk gün, yanvarın 24-də də bir polis işçisi xəsarət alıb. Faktla əlaqədar DİN və prokurorluğun nümayəndələri rayona ezam olunublar və araşdırmalar davam etdirilir. Bütün hadisələrin qarşısı alınıb və alınacaq. Hər şey hüquqi müstəvidə davam etdiriləcək. Ayrı-ayrı sakinlər bizə öz minnətdarlığını bildirir və biz də onlara minnətdarlığımızı bildiririk. Mən gənclərə müraciət, xahiş edib onları bu məsələlərdən çəkindirirdim. Kanalizasiya lyuklarını çıxarıb şahmat şəklində yola düzüblər ki, polis maşınları keçə bilməsin. Bir neçə yerdə yanğın törədiblər. Dünən və bu gün insanları istiqamətləndirməyə çalışanlar olub. Biz onlara qarşı tədbir görəcəyik».

Görüş davam edir.

Yanvarın 23-də İsmayıllıda kütləvi etiraz aksiyası başlayıb. Aksiyaçılar rayondakı «Çıraq» motelini, bir neçə maşını, icra başçısının həyətindəki bəzi tikililəri yandırıblar. «Azadlıq!», «İstefa!» şüarları səsləndirən etirazçılar icra başçısının istefasını, saxlananların buraxılmasını, rayondakı özbaşınalıqlara son qoyulmasını tələb ediblər.
XS
SM
MD
LG