Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 07:52

"Azərbaycanın Orxan Pamuku". Qalmaqaldan türk mediası da yazdı


sonhaber.com
sonhaber.com
-

Əkrəm Əylislinin “Daş yuxular” əsəri ilə bağlı qalmaqal Türkiyə mediasının da diqqətini çəkdi.

"Milliyet" qəzeti yazır ki, Azərbaycanın öndə gedən ədəbiyyat adamları arasında yer alan, 75 yaşlı Əkrəm Əylislinin Rusiyanın “Drujba narodov” jurnalında çap edilmiş son əsəri ölkəsində böyük mübahisələrə səbəb olub. Amma ermənilərlə bağlı “rəsmi mövqe ilə uzlaşmadığı üçün yerdən yerə vurulub”:

“Erməni qonşularını etnik zorakılıqdan qorumaq istəyən Azərbaycan kişisinin hekayətini anladan əsər Dağlıq Qarabağ problemi səbəbindən normallaşmayan Ermənistan-Azərbaycan münasibətlərinin düşmənçilik dolu tarixini araşdırır. Əsər hələ Azərbaycanda yayınlanmasa da, beynəlxalq mediada yayılan xəbərlərdən sonra yazarın Bakıdakı evi qarşısında toplanan qəzəbli insanlar Əylislinin alnına xaç çəkilmiş fotolarını yandırıb “Xain, utan” şüarları səsləndiriblər”.

Ensonhaber.com saytı bu barədə məqaləsinin başlığında Ə.Əylislini “Azərbaycanın Orhan Pamuku” kimi təqdim edib:

“Bu günə qədər Azərbaycanda ermənilərlə bağlı ən mübahisəli çıxışı dünyaca ünlü yazar Əkrəm Əylisli etmiş oldu”.

Sayt qeyd edir ki, keçmiş millət vəkili olan, indi hökumətə müxalif mövqedə dayanan yazara ən çox təzyiq siyasət dünyasından gəlib. Milli Məclisdə onun hətta ölkədən qovulması təklifi səslənib:

“Millət vəkili Məlahət İbrahimqızı “Bu, yalnız azərbaycanlılara deyil, bütün Türk dünyasına təhqirdir” deyərək əsərin 1915-ci il hadisələrinə aid bölümlərinini tənqid edib... İqtidar partiyasından olan millət vəkili Mübariz Qurbanlı isə “Bəlkə də Orhan Pamuk kimi Nobel mükafatı almaq istəyir. Xalqının tarixini təhrif edərək bəzi insanları məmnun etmək istəyir” deyib”.

Sayt Azadlıq Radiosuna istinadla yazır ki, Əylisli “Ermənilər mənim düşmənim deyil. Münaqişənin həlli ləngidikcə, iki xalq arasında düşmənçilik dərinləşir. Bir Azərinin bir erməniyə necə yardım etdiyini anladıram. Bərabər yaşaya bilərik. Mən necə xain ola bilərəm? - deyib”.
XS
SM
MD
LG