Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 07:24

Polis AXCP fəalı Natiq Ədilovun qardaşını saxlayıb


Natiq Ədilov
Natiq Ədilov
-
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Sabirabad sakinləri saxlanıb.

Bu haqda APA-ya Sabirabad rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyev bildirib.

Saxlanan şəxslər Xəlfəli kənd sakinləri Murad ƏdilovSəbuhi Nadirovdur. Onların hər ikisi AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov yaxınlarıdır.

Murad Ədilov onun qardaşı, Səbuhi Nadirov isə dayısı oğludur.

Natiq Ədilov AzadlıqRadiosuna bu kimi hadisələrin gözlənilən olduğunu deyib:

«Bütün bunlar mənim siyasi fəaliyyətimlə bağlıdır. Əsas təzyiqlər Media TV-dəki çıxışlarımdan sonra başlayıb. Martın 3-də bizim rayonda növbəti müşavirəmiz olacaq. Məqsəd bunun qarşısını almaq, siyasi fəaliyyətimizə mane olmaqdır. Ötən ilin dekabrında Sabirabadda keçirdiyimiz müşavirə zamanı məni və Əbülfəz Qurbanlını polis saxlamışdı. Bu kimi hadisələrə həmişə hazır olmuşam, qardaşıma da həmişə demişəm ki, mənə görə belə hadisələr ola bilər. Doğrusu, bu barədə bir müddət əvvəl mənə xəbərdarlıq etmişdilər. 1983-cü ildə anadan olan qardaşım mülki mühafizə xidmətində çalışır. Onun narkotik məsələsi ilə əlaqələndirilməsi absurddur».

Natiq Ədilov qardaşının partiya üzvü olmadığını deyir.
XS
SM
MD
LG