Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:31

10 mart aksiyası ilə bağlı gənclərə xəbərdarlıq edildi


Tural Abbaslı
Tural Abbaslı
-
Əsgər ölümünə etirazlarla bağlı martın 10-a planlaşdırılan aksiyanın təşkilatçılarına xəbərdarlıq olunub.

Bu barədə AzadlıqRadiosuna Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı məlumat verib.

Tural Abbaslının dediyinə görə, martın 9-da Bakı şəhər Baş Polis İdarəsində olublar. Onları idarə rəisinin müavini Səhlab Bağırov və Bakı şəhər prokurorunun 1-ci müavini Fazil Həsənəliyev qəbul edib:

«Mən və NİDA hərəkatından Ziya Bayramov idarədə olduq. Xəbərdarlıq etdilər ki, martın 10-da «Fəvvarələr» meydanında aksiya keçirməyək. Amma biz onlara Bakı şəhər İcra Hakimiyyətinə göndərdiyimiz məktubda aksiya üçün «Fəvvarələr» meydanının adını yazmadığımızı, üstəlik, hələ meriyadan da cavab gəlmədiyi dedik. Bu səbəbdən də polisə çağırılmağımızın və bizə xəbərdarlıq edilməsinin əsassız olduğunu dedik. Həmin xəbərdarlığa da imza atmadıq. Dedik ki, siz bizə aid olmayan, sosial şəbəkələrdə yayılan məsələyə görə xəbərdarlıq edirsiniz. Qeyd etdik ki, martın 10-da hansısa qüvvələr «Fəvvarələr»ə gedə və aksiyanın da təşkilatçısının biz olduğumuzu deyə bilər. Biz isə şəhərin tam başqa meydanlarında aksiya keçirmək üçün icazə istəmişik».

Daxili İşlər Nazirliyi Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış istənilən aksiyanın qarşısının alınacağını bəyan edir.
XS
SM
MD
LG