Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 15:38

Mehman Sadıqov: «İlqar Məmmədov cərimə təcridxanasında ac saxlanmır»


Mehman Sadıqov
Mehman Sadıqov
-

«İlqar Məmmədov cərimə təcridxanasında ac saxlanmır». Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov iyunun 3-də AzadlıqRadiosuna belə söyləyib: «O gündəlik qidalanır», deyə Sadıqov əlavə edib.

REAL sədri İlqar Məmmədov 4-cü gündür cərimə təcridxanasında («kars»da) saxlanır. Onun vəkili Xalid Bağırovun sözlərinə görə, İlqar Məmmədov həbsxana yeməyindən imtina edib, ailəsinin göndərdiyi yeməyi isə içəri keçirmirlər.

Mehman Sadıqov deyir ki, həbs olunanların saxlanması və imtiyazları ilə bağlı qanuna görə, cərimə təcridxanasında olan şəxsə nə sovqat, nə banderol verilə bilər:

«Odur ki, burda qanunsuz heç nə yoxdur. İkincisi də, həmin şəxs hər gün təcridxanada yemək yeyir, ac qalması haqda deyilənlər yalandır. Saxlanma şəraiti ilə bağlı da hər hansı problem yoxdur».

Vəkil isə İlqar Məmmədovla şənbə günü görüşdüyünü, «kars»da olduğu 3 gün müddətində yemək yemədiyini bildirir.

İlqar Məmmədov cərimə təcridxanasında 6 gün saxlanmalıdır.

Vəkili onun kamerasına başqa adam salmaqla REAL sədrini təxribata çəkmək istədiklərini, bu üzdən də kameraya qayıtmaqdan imtina etdiyini söyləyir. Ona görə də REAL sədri 6 günlük «kars»a salınmaqla cəzalandırılıb.

«REAL» Hərəkatının sədri İlqar Məmmədov bu il yanvarın 23-24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.
XS
SM
MD
LG