Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 10:52

Jurnalist Xədicə İsmayıl gündə 4 saat küçə süpürməyi seçir


Xədicə İsmayıl
Xədicə İsmayıl
Məhkəmə qərarlarının icrası şöbəsi araşdırmaçı jurnalist Xədicə İsmayıla küçə süpürməyi təklif edib.

Buna səbəb məhkəmənin ona kəsdiyi cəriməni ödəməməsidir. Bu barədə AzadlıqRadiosuna Xədicə İsmayılın üzü məlumat verib:

“Xatırlayırsınızsa, mitinqə qatıldığım üçün mənə kəsilən qanunsuz cəriməni ödəməkdən imtina etdiyimə görə 220 saat ictimai işlər cəzasına məhkum olunmuşdum. Bu gün həmin cəzanın icrası ilə bağlı Məhkəmə qərarlarının icrası şöbəsinə çağırıldım. Gedəndə bu sənədi təqdim etdilər- 220 saat dalandar və ya süpürgəçi işi görmək. İzah etdilər ki, dalandar - arxa küçələri, süpürgəçi isə mərkəzi küçələri süpürür. Mən yəqin ki, sabah gedib süpürgəçi işini görəcəyim barədə iltizam verəcəm. Növbəti həftədən işə başlayacağıq.
Gündə 4 saat bu işi görməliyəm. Artıq analoqu olmayan inkişafdan - Binəqədi rayonunun mərkəzi küçələrində yüksək ixtisaslı kadrların çalışmasından danışa bilərsiz.Bu ölkəni zir-zibildən təmizləmək bizə düşər! Təmizləyəcəyik”

Qeyd edək ki, Araşdırmaçı-jurnalist, AzadlıqRadiosunda «İşdən sonra» verilişinin aparıcısı Xədicə İsmayıl 2013-cü yanvarın 26-da İsmayıllı hadisələrinə ilə bağlı «Sahil» bağında keçirilən dinc aksiyaya qatılıb. Elə həmin gün də məhkəmə onun 400 manat cərimə ödəməsi barədə qərar çıxarıb.
XS
SM
MD
LG