Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 12:54

N!DA-çı Rəşadət Axundov babasının yasına buraxılmadı [Video]


Həbsdə olan NİDA-çı Rəşadət Axundovun babası dəfn edildi
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

Həbsdə olan NİDA-çı Rəşadət Axundovun babası dəfn edildi

-
Babasının ölümündən sonra N!DA-çı Rəşadət Axundovun evə buraxılması üçün müraciətə mənfi cavab verilib.

Bu haqda AzadlıqRadiosuna vəkil Rəşid Hacılı bildirib.

«Dedilər ki, bu kimi hadisələr zamanı istintaq təcridxanalarından indiyədək heç bir məhbus evə buraxılmayıb. Amma Rəşadət Axundov kimi həbs olunan şəxslər barəsində belə qərarlar adətən hüquqi deyil, siyasi çərçivədə həll olunur. O səbəbdən də mütləq yuxarılara müraciət olunmalıdır. Prinsipcə, onun evə buraxılması mümkündür. Prokurorluq icazə verərsə, onu buraxa bilərlər».

N!DA-çı Rəşadət Axundovun babası Əyanət Axundov sentyabrın 13-də nəvəsinə əlavə ittiham xəbərini eşidəndən sonra damarlarını kəsib. Xəstəxanaya yerləşdiriləndən bir neçə saat sonra isə ölüb.

Bunu yas mərasimində AzadlıqRadiosuna NİDA-çının atası Fikrət Axundov deyib:

«Mən onu aldadırdım, o bilmirdi bu məsələni. 2-3 gün əvvəl Rəşadətlə görüşmüşdüm. O mənə dedi ki, bizə qarşı nə isə hazırlanır. Evə gəldim və atamı aldatmaq qərarından vaz keçdim. Dedim ki, Rəşadətgilin vəziyyəti yaxşı deyil. Dedi, bəs deyirdin bu gün səhər gələcək. Dedim ki, yox. Onlara əlavə yalançı, qondarma ittiham irəli sürülüb».

Rəşadət Axundovu 15 yaşına qədər babası saxlayıb.

N!DA-çılar bu ilin mart-aprel aylarında saxlanıblar. İstintaqın qənaətincə, onlar martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırlarmış.

Sentyabrın 12-də isə Rəşadət Axundov da daxil olmaqla N!DA-nın 7 üzvünə və Azad Gənclik Təşkilatından İlkin Rüstəmzadəyə Cinayət Məcəlləsinin 220.1 (kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
XS
SM
MD
LG