Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:52

ATƏT Azərbaycanda prezident seçkisini sərt tənqidə tutdu- [Video]


ATƏT-in müşahidə missiyası prezident seçkilərini sərt tənqid etdi.
Gözlə

No media source currently available

0:00 0:04:41 0:00

ATƏT-in müşahidə missiyası prezident seçkilərini sərt tənqid etdi.

-
«Səslərin hesablanması müşahidə aparılan seçki məntəqələrinin 58 faizində pis və ya çox pis dəyərləndirilib və ciddi problemlərə diqqət çəkilib».
ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyası oktyabrın 9-da Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycanda prezident seçkisi barədə ilkin rəyini açıqlayıb. Bu rəyi missiyanın rəhbəri Tana de Zulueta diqqətə yetirib.
“...Məhdudlaşdırıcı media mühiti təşviqat kampaniyasına ləkə salıb”
Rəydə qeyd olunur ki, prezident seçkiləri ifadə, toplaşma və təşkilatlanma azadlıqlarına tətbiq edilən məhdudiyyətlərin təsiri altında keçirilərək namizədlərə bərabər şərait təmin edə bilməyib.

HESABATI AZƏRBAYCANCA OXUMAQ ÜÇÜN
Tana de Zueleta: Müşahidə etdiyimiz məntəqələrin 58 faizində – 125 dairənin 121-də səslərin hesablanma prosesi pis, yaxud çox pis olub
Namizəd və seçicilərin hədələnməsi, məhdudlaşdırıcı media mühiti təşviqat kampaniyasına ləkə salıb. Seçki günü müşahidə olunan önəmli problemlər Azərbaycanın həqiqi və demokratik seçkilərlə bağlı ATƏT qarşısında götürdüyü öhdəlikləri ciddi çatışmazlıqlarla yerinə yetirdiyini üzə çıxarıb.
ATƏT müşahidəçiləri 95 DSK-da seçki nəticələrinin protokollaşdırılmasını izləyib
Missiya rəhbəri özəlliklə səslərin hesablanması xeyli mənfi hallarla üzləşdiklərini, müşahidə olunan seçki məntəqələrinin 58 faizini pis və ya çox pis qiymətləndirdiklərini bildirib. Müşahidəçilər məntəqələrin 15 faizində seçici siyahılarına adların daxil edilməsi, eləcə də bir namizədin aldığı səslərin digər namizədə yazılması da daxil, protokolların nəticələri ilə manipulyasiya halları barədə məlumat veriblər. Nəticələrin protokollaşdırılması 125 DSK-dan 95-də müşahidə olunub. Məntəqə seçki komissiyasının təqdim etdiyi nəticələrin yoxlanıb-dəqiqləşdirilməsi kimimühüm prosedurlara, adətən, əməl edilməyib.
Seçki günü ATƏT/DTİHB-dən 319 uzunmüddətli və qısamüddətli müşahidəçi, ATƏT PA-dan 26 nəfər parlament üzvü və əməkdaş monitorinq aparıb. Bütövlükdə 41 ölkədən 345 müşahidəçi akkreditasiya olunubmuş. Seçki müşahidəsi toplam 5273 məntəqənin 1151-də aparılıb.

Mətbuat konfransında etiraz edənlər olub
Mətbuat konfransında etiraz edənlər olub

YAP-IN CAVABI

«ATƏT-in ilkin hesabatı Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir».

Bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun prezident seçkiləri ilə bağlı ilkin rəyini şərh edən YAP-ın sədr müavini Əli Əhmədov deyib:

«Oktyabr ayının 9-da Azərbaycan xalqı prezident seçkilərində öz siyasi iradəsini ifadə etdi. Xalqın öz iradəsini ifadə etməsi üçün hər bir şərait yaradılmışdı. Seçkilər şəffaf və ədalətli keçirildi. İnsanlar istədikləri namizədə səs verdi. Cənab İlham Əliyev seçicilərin səslərinin əksəriyyətini qazandı. Mən bunu tamamilə ədalətli sayıram. Xalq görülən işlərə və gələcək uğurlara səs verdi».

Əli Əhmədov ATƏT-in DTİH Bürosunun bəyanatına təəssüfləndiyini bildirib:

«Onlar seçki prosesini xalqın iradəsinin ifadə olunmasına görə deyil, görünür, özlərinə məlum olan mülahizələrə əsasən dəyərləndirməyə üstünlük verdilər. Mən ATƏT-in DTİH Bürosunun prezident seçkilərinin nəticəsinə dair ilkin hesabatını qeyri - obyektiv və qərəzli hesab edirəm. Bu hesabat mahiyyətinə görə Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir».

AXCP sərdri Əli Kərimlisə deyir ki, ATƏT-in bugünki hesabatı bir daha təsdiq etdi ki, hamını hər vaxt aldatmaq mümkün deyil:
«ATƏT-in müşahidə elədikləri 125 dairənin 121-də, müşahidə etdikləri məntəqələrin 58 faizində səsvermənin pis və ya çox pis olduğunu açıq şəkildə bəyan elədi. Onu da vurğulamaq lazımdır ki, ATƏT bizim coğrafiyada seçkilərə qiymət vermək üzrə ən səlahiyyətli, ən peşəkar qurumdur. 345 ATƏT müşahidəçisi 41 ölkəni təmsil edirdi. Hər hansı dövlətin burda maraqları nəzərə alınmayıb. Obyektiv mövqedi və bu mövqe Azərbaycan xalqının mövqeyi ilə səsləşir.
Hökümətə yaxın mətbuat orqanları rəhbərlərinin isterik münasibətləri də, Əli Əhmədovun ATƏT-in hesabatına sərt tənqidi də bir daha onun təsdiqidir ki, ATƏT-in mövqeyi Azərbaycan xalqının mövqeyi ilə üst-üstə düşür. Həqiqəti əks elətdirir».

MSK ATƏT-İN HESABATI İLƏ TANIŞ DEYİL

«Mərkəzi Seçki Komissiyası ATƏT-in seçkinin nəticələri ilə bağlı ilkin rəyi ilə tam tanış olmayıb».

Bunu AzadlıqRadiosuna MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib:

«Hesabatla tam tanış olduqdan sonra, ola bilsin ki, hesabata münasibət bildirilsin».
XS
SM
MD
LG