Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 10:58

Diplomların verilməsində «Dağıstan» və «Moskva» ayrıseçkiliyi


Diplomların verilməsində Moskva və Dağıstan ayrıseçkiliyi
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00
-
«Hamının xəbəri olub ki, biz orada necə, hansı yollarla təhsil almışıq» – Fəaliyyəti 3 ildir ki, dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş tələbəsi Nərmin Quliyeva belə deyir.

Təhsil Nazirliyi tədrisdəki problemləri, qanunsuz tələbə köçürmələrini və bu kimi digər məsələləri əsas gətirərək, 2010-cu ildə ABU-nun fəaliyyətini dayandırıb. Universitetin keçmiş rektoru Elşad Abdullayev hazırda Fransada mühacirətdədir.

Ali məktəbin təxminən beş minə yaxın tələbəsi diplomsuz qalıb. Bir qrup tələbə və onların valideynləri oktyabrın 23-də mətbuat konfransı keçirərək, ABU-nu 2008-ci ildə bitirənlərin hələ də diplom ala bilmədiklərini diqqətə yetiriblər.

Universitet bağlanarkən, Təhsil Nazirliyi bu ali məktəbə test üsulu ilə qəbul olunan mindən çox tələbənin başqa özəl universitetlərə köçürülməsi barədə qərar verib. İndi diplomsuz qalan tələbələrin əksəriyyəti ABU-ya Dağıstan universitetlərindən köçürülmə yolu ilə daxil olanlardır. Onların fikrincə, Təhsil Nazirliyi tələbələr arasında ayrı-seçkilik salıb, Moskva universitetlərindən köçürülmə yolu ilə daxil olanlar təhsillərini başqa ali məktəblərdə davam etdiriblər, Dağıstandan gələnlər yox:
ABU-nun tələbələri, 2010
ABU-nun tələbələri, 2010

«Qanun varsa, hamı üçün eyni işləsin. Moskva filialını köçürməzdilər, biz də oturardıq yerimizdə, heç nə tələb etməzdik. Niyə onları edirlər, bizi yox?».

«Moskva universitetlərindən köçürülənlər hansı yolla oxuyublarsa, biz də həmin yolla təhsil almışıq. Tələbə biletimiz olub, sənədlərimiz var. Misir müəllimin dövründə Moskva filialını başqa universitetlərə yerləşdirdilər, dedilər ki, sonra da sizin işinizə baxılacaq. Daha sonra yeni nazir gəldi. Onun da qəbulunda olmuşuq. Bizdən vaxt istədi ki, bu işlə tanış deyiləm».

Nazir Mikayıl Cabbarovun vədindən 3 ay ötsə də, tələbələrin taleyi yenə havadan asılı qalıb. Onların bir qrupu sentyabrın 17-də Təhsil Nazirliyinin önündə oturaq aksiya da keçirib.

Aksiya iştirakçılarına da, mətbuata da Təhsil Nazirliyi yalnız o açıqlamanı verir ki, ABU-nun istintaqı getdiyindən, hələ bir söz deyə bilmirlər.

«BU, TƏHSİL NAZİRLİYİNİN PROBLEMİDİR»

Diplomsuz qalan tələbələr indi çıxış yolunu prezidentə müraciətdə görürlər:

«Prezidentdən xahiş edirik ki, bizdən 5 nəfər nümayəndəni qəbul etsin, dərdimizi ona deyək. Biz onun seçiciləri, bu ölkənin vətəndaşlarıyıq».

2010-cu ildə – ABU bağlanan zaman Təhsil Nazirliyi narazı tələbələrə bir yol da göstərmişdi – probleminizi məhkəmə vasitəsilə həll edin. Bir sual yaranır:
Ələsgər Məmmədli
Ələsgər Məmmədli
O zaman Təhsil Nazirliyi bu tələbələrin universitetə qəbulunu qanunsuz sayaraq diplom verməkdən və ya onları başqa ali məktəbə köçürməkdən imtina edirsə, 5 min tələbənin universitetə qanunsuz qəbulu necə mümkün olur? Həm də bu tələbələrə möhürlü sənədlər, təhsil haqqının ödənməsinə dair qəbzlər verilir? Bütün bunlarda günahkar kimdir?

Hüquqşünas Ələsgər Məmmədli:

«Qanunsuz bir iş görülürsə və bu qanunsuzluq dərhal aşkar edilirsə, məsuliyyət qanunsuzluğu törədənin üzərindədir. Amma dərhal olmayıb, axı – aradan illər keçibsə və 5 minə yaxın insan indi ortada qalıbsa, bunu artıq bir nəfərin qanunsuzluğu kimi qiymətləndirmək olmaz. Bu, ciddi şəkildə təhsil strukturunun, bilavasitə Təhsil Nazirliyinin problemidir ki, buna göz yumub, şərait yaradıb, daha sonra bazarlığın şərtləri uyğun gəlməyəndə lisenziyanı alıb. Əslində, vaxtında tədbir görülməliydi. Tutalım, ali məktəbə qəbul 1800 nəfərdir, amma 3 min tələbə qəbul olubsa, deməli, onların 2 mini saxtadır. Həmin adamlar da o dövr üçün bunu mübahisələndirərdilər. Aradan illər keçib və dövlət vətəndaşın hüquqlarını qorumalı olduğu halda, onu zərərə uğradıb. Bu da normal, demokratik cəmiyyətdə yolverilməzdir».

Hüquqşünas problemin çözümünü bütün hallarda məhkəməyə üz tutmaqda görür.
XS
SM
MD
LG