Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 12:55

SMDT-yə cinayət işi niyə açılır? [Video]


-


Oktyabrın 31-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) ofisində yoxlamalar aparılıb, kompüterlərə baxılıb.

Baş Prokurorluq Mərkəzin fəaliyyətində pozuntular aşkar etdiyini bildirir.

«İşdən Sonra» verilişində SMDT rəhbəri Anar Məmmədli və hüquqşünas Hafiz Həsənov bu haqda danışıblar.

Anar Məmmədli baş verənləri siyasi təzyiqlərin davamı sayır:

«Biz elə bir işlə məşğuluq ki, hər zaman bu cür çətinliklərlə üzləşirik. Zaman-zaman bizim işimizə əngəl olmağa çalışıblar, qara piara məruz qalmışıq. Bu yoxlamalar bizim layihələrlə bağlıdır. Bir qədər anlaşılmazlıq var, belə ki, adətən bu məsələlərlə bağlı Vergilər Nazirliyi yoxlama aparmalıdır. Biz belə anladıq ki, təxminən üç istiqamətdə vəzifə səlahiyyətlərini aşma, qanunsuz sahibkarlıq, vergidən yayınma ilə bağlı cinayət işi açılacaq».

SMDT rəhbəri deyir ki, təşkilat özünü müdafiə etməyə qadirdir:

«Biz Azərbaycanda azad və demokratik seçki üçün çalışırıq. Bizim də deməyə sözümüz var. Məsələlərə vaxtında və lazımınca reaksiya verəcəyik».

HÜQUQU POZANLAR YOX, HÜQUQU POZULANLAR TƏZYİQLƏRƏ MƏRUZ QALIR

«Hər seçkidən seçkiyə yeni formada təzyiqlər başlayır. Hüququ pozanlar yox, hüququ pozulanlar təzyiqlərə məruz qalır. SMDT-nin seçkilərlə bağlı ilkin rəyi, görünür, hökuməti qane etməyib. Bu yolla seçkiləri araşdıran təşkilatları, QHT-ləri sıradan çıxarmaq istəyirlər» - hüquqşünas Hafiz Həsənov belə deyir.

Onun fikrincə, hökumət öz mövqeyini açıq-aşkar bildirməli, pərdələməməlidir:

«Hökumət seçkilərin araşdırılmasının əleyhinədirlərsə, bu cür təzyiqlərdənsə, belə fəaliyyəti qanunla qadağa etsin. SMDT-nin fəaliyyətini məhdudlaşdırmaqdansa, hökumət hesabatlarda razılaşmadıqları məqamlarla bağlı televiziyalarda diskussiyalar təşkil edə bilər…».
XS
SM
MD
LG