Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 09:31

Maliyyə naziri: «Kommunal sahədə artım labüddür»


Samir Şərifov
Samir Şərifov
-
Azərbaycanda kommunal xərclərin artırılmasına fövqəladə hal kimi baxmaq lazım deyil.
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov gələn ildən ölkədə kommunal haqların artırılması ehtimalı ilə bağlı məsələləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycanda sonuncu dəfə kommunal xərclər 2007-ci ildə artırılıb: «Bu illər ərzində minimum əmək haqqının sosial bazası 2,6 dəfə, minimal pensiyaların sosial bazası isə 2,5 dəfə artıb. Bununla bağlı 7 sərəncam imzalanıb».
S.Şərifov qeyd edib ki, Milli Məclisin komitələrinin iclaslarında kommunal xərclərin artırılacağını deməyib: «Mən kommunal xərclərin artacağını deməmişəm. Sadəcə, bununla bağlı öz təklifimi vermişəm. Bildirmişəm ki, 2007-ci ildəki son artımlardan bu vaxta qədər ölkənin kommunal sahədə artımın edilməsi labüddür. Bununla bağlı Tarif Şurasından təkliflər olacaqsa, son sözü də elə Tarif Şurası deyəcək»

Sonuncu dəfə elektrik enerjisi və kommunal xidmətlərin qiyməti 2007-ci ilin dekabrında artırılıb. Bundan başqa ictimai nəqliyyatda gediş haqları 2, metroda isə 4 dəfə bahalaşıb.
XS
SM
MD
LG