Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 02:51

İran sərhədində gediş-gəliş bərpa olunub


Astara gömrük-keçid məntəqəsi, fevral 2012
Astara gömrük-keçid məntəqəsi, fevral 2012
-
Culfa və Astara gömrük-keçid məntəqələri açılıb.

Bu barədə AzadlıqRadiosuna hər iki gömrük məntəqəsindən məlumat verilib.

«Bir az olar Naxçıvandan İrana gedənlər buraxılır, amma hələ ki İrandan gələnlər yoxdur. Adətən o tərəfdən adamlar günün sonuna yaxın gəlirlər» - Culfa keçid məntəqəsindən deyiblər.

AzadlıqRadiosunun müxbiri Astara məntəqəsində hər iki tərəfə keçidin bərpa olunduğunu xəbər verir:

«Hələ ki piyadaların gediş-gəlişinə icazə verilib, yük maşınları keçid məntəqəsində gözləməkdədir».

Noyabrın 7-dən İran Azərbaycanla sərhəddəki Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlamışdı.

İran bu qərarını noyabrın 5-də sərhəddə baş verən silahlı insidentlə əlaqələndirirdi.

«Şərq Qapısı» qəzetin yazdığına görə, noyabrın 5-də Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayı üzərində sahilbərkitmə işləri aparan traktora İran ərazisindən atəş açılıb.

Azərbaycan sərhədçiləri də hadisə yerində olublar. Müəyyən edilib ki, güllələrdən ikisi traktorun radiatoruna, biri isə sürücü kabinəsinin yan hissəsinə dəyib.

İran-Azərbaycan sərhədində bütövlükdə 5 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərir.
XS
SM
MD
LG