Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 07:04

«İsmayıllı məhbusları»nın valideynləri icra başçısı ilə görüşüblər


İsmayıllı, 25 yanvar 2013
İsmayıllı, 25 yanvar 2013
-
İsmayıllı hadisələri ilə bağlı həbsdə olanların valideynləri dekabrın 7-də icra başçısı Mirdamət Sadıqovla görüşüblər.

10-a yaxın valideyn icra başçısından övladlarının həbsdən buraxılmasında onlara yardımçı olmasını istəyib.

Valideynlərin dediyinə görə, müəyyən işlər gördüyünü vurğulayan Mirdamət Sadıqov bu dəfə onlara ümidverici vədlər verməyib. O, işin hazırda məhkəmədə araşdırıldığını və proseslərin sonunu gözləməyi məsləhət bilib.

Bu il yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısı və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırıb.

Yanvarın 24-də isə yerli sakinlər rayon icra başçısının istefası tələbilə etiraz aksiyasına başlayıb və bir qədər sonra hadisələr təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilib.

18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Həbs olunanlar hamısı ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları qəbul etmir.
XS
SM
MD
LG