Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 10:05

Qalmaqallardan sonra Erdoğan hakimiyyətdə qalacaqmı?


Türkiyənin Baş naziri R.T.Erdoğan
Türkiyənin Baş naziri R.T.Erdoğan
-
AK parti – Ədalət və İnkişaf partiyası artıq əvvəlki tək parlaq görünmür. Ekonomist jurnalında Türkiyədə son baş verən olaylarla bağlı məqalənin başlığı belədir.

KORRUPSİYA QALMAQALI İQTİSADİYYATI VURDU

Economist yazır ki, dekabrın 17-də polisin nazir balalarının da olduğu adamları korrupsiya ittihamıyla həbs etməsindən və ardınca Baş nazir R.T. Erdogan hökmətinin də Fetulla Gulen tərəfdarları olan polisləri vəzifədən uzaqlaşdırmasından sonra olan Türkiyə iqtisadiyyatına olub. Türk lirəsi son günlər 5 faiz ucuzlaşıb, İstanbul birjası 10 faiz dəyər itirib, xarici valyutaya bağli olan enerji qiymətləri üzündən büdcə kəsiri də artib.

Londondakı “Chatam House”dan Türkiyə eksperti Fadi Hakura deyir ki, “əslində iqtisadiyyat Türkiyə seçiciləri üçün çox önəmli faktordur. Son illərdə Erdoganın populyarlığının artmasının əsas səbəbi də məhz 2010-cu ilə qədər ölkədə iqtisadi artımın 10 faiz səviyyəsində olması, iqtisadi islahatlar olub. Odur ki, əgər iqtisadi cəhətdən sabitlik davam etsə, seçicilər son baş verənlərdən sonra Erdogandan üz döndərməyə də bilər”.

ERDOGAN 10 İLƏ ÇOX DƏYİŞİB

Amma Economistin yazısına görə, 2002-ci ildə öncəki mühafizəkar partiyaların yaratdıqları hökumətlərin korrupsiya qalmaqalları və siyasi sabitliyinin olmamasından bezən seçicilər adı AK – təmiz, pak olan partiyanı seçəndə yəqin ki, Erdoganın 10 illik hakimiyyətdən sonra bu qədər dəyişəcəyini gözləmirdilər. Erdogan hökuməti öncə ordu generallarını paralel dövlət kimi çevriliş ittihamlarıyla həbsə atılmasına nail oldu, indi isə vaxtilə əlbir olduğu Fetulla Gulenin Hizmət və ya Cemaat adı verilən davamçılarını eyni şeylərdə ittiham edir.

HÖKUMƏTİN GULENÇİLƏRƏ QARŞI SON HÜCUMU

Son olaraq Türkiyə parlamentinin hazırladığı bir qanuna görə, hökumət Gulen hərəkatının əsas dayaqlarından olan dərshanələrin ardınca, tələbə və abituriyent yataqxanalarını da əlindən almağı düşünür.

Erdoganın ritorikasında dəyişməyən bir şeysə, ölkədə əleyhinə baş verən hər hansı bir olayda dərhal xarici qüvvələri, Amerika və İsraildən yönəldilən düşmənləri ittiham etməsidir.

Londondakı “Chatam House”dan Türkiyə eksperti Fadi Hakura deyir ki, Türkiyədə əhali bu cür konspirasiya nəzəriyyələrinə və mafiya söhbətlərinə çox inanırlar deyə, Erdogan da onların zəif damarını tutub.


Türkiyədə korrupsiya ittihamlarıyla həbs olunanlardan Bakıda doğulan Reza Zarraf
Türkiyədə korrupsiya ittihamlarıyla həbs olunanlardan Bakıda doğulan Reza Zarraf
TÜRKİYƏDƏ NƏ BAŞ VERİR?

Ancaq əslində baş verənlər sadəcə Erdoganla Gulençilər arasında hakimiyyət davası deyil. Ecomonist yazır ki, əslində problem Türkiyədə demokratiyanın zəifliyini, tərəfli mediasının çatışmazlığını, siyasiləşmiş ədliyyə sisteminin və konstitusiyanın ayıblarını gün işığına çıxarır.

Erdogan 2011-ci ildə təkrar seçiləndən sonra bu çatışmazlıqları aradan qaldırmaq üçün real şans əldə eləmişdi. Ancaq onu dəstəkləyən liberallarında gözlədiyi bu islahatları aparmadı, əksinə, sistemin çatışmazlıqlarından istifadə edib Putinsayağı avtoritar dili seçdiyi üçün indi Avqust ayında Prezident olmaq yolunu seçib.

ERDOGAN HAKİMİYYƏTDƏ QALACAQMI?

Bundan ötrü isə Erdogan öncə martdakı bələdiyyə seçkilərində yenidən üstünlük qazanmalıdır. Bu dəfə isə artıq müxalifətdəki CHP və MHP kimi partiyalar Fetulla Gulençilərin də dəstəyi ilə ən azından İstanbulda seçkiləri udmağa böyük ümid bəsləyir.

Ancaq Economistin fikrincə, Erdogan istənilən vaxt hökuməti buraxıb erkən seçkiylə də ömrünü uzada bilər. Üstəlik, müxalifətin indiki qədər zəif olduğu, PKK ilə atəşkəsin davam elədiyi üçün kürdlərin də Erdoganı dəstəklədiyi bir dövrdə seçicilərin yenə də mümkün variantlar arasında ən təhlükəsizi kimi görünən AK partini seçməsi daha inandırıcı görünür.
XS
SM
MD
LG