Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 03:28

İsmayıllı məhbusları prezidentə müraciət yollayıb


arxiv foto
arxiv foto
-
İsmayıllı hadisələrində təqsirləndirilən məhbuslar prezident İlham Əliyevə müraciət ünvanlayıb. Onlar müraciətlərində məhkəmədə yalançı şahid ifadələrindən, mühakimənin ədalətli aparılmamasından şikayət edirlər. Məhbuslar İsmayıllı rayon polis şöbəsinin rəis müavini Şöhrət Kərimovun istintaqa müdaxilə etdiyini bildirirlər. Onlar Səxavət Səmədovun bir neçə gün öncə təcridxanada intihara cəhd etməsinə diqqəti çəkirlər:

“Bu tük ürpədici hadisə bizim hər birimizi narahat edib. Qanunsuz hərəkətlərdən sonra biz son dərəcə narahatlıq keçiririk. Düzgün ifadə verən polis işçisi olarsa, onun işdən qovulub təqib olunacağına heç şübhəniz olmasın.

Ədalət mühakiməsinin düzgün aparılmasına, İsmayıllı hadisələrindən sui-istifadə edənlərin cəzalandırılmasına, bundan sonra çirkin niyyətlərini həyata keçirmələrinə imkan verilməməsinə, təhlükəsizliyimizin təmin olunmasına köməklik göstərməyinizi, hər hansı intihar hadisəsi baş verərsə, əsas günahkarın Şöhrət Kərimovun olduğuna inanmağınızı xahiş edirik”.

Müraciəti 15 məhbus imzalayıb.
XS
SM
MD
LG