Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 11:55

Bakıda özünü yandıran qızın vəziyyəti ağırdır


İllüstrasiya
İllüstrasiya
-
Özünü yandırmaqla intihara cəhd edən qız hələ özündəykən həkimlərə intihar etməsinin səbəbini açıqlayıb. Adının çəkilməsini istəməyən həkimin AzadlıqRadiosuna dediyinə görə, 21 yaşlı qız bildirib ki, sevgilisi onu aldatdığına görə belə bir addım atıb.

***
Yanvarın 30-da üstünə benzin töküb özünü yandıran qızın 1993-cü il təvəllüdlü Lənkəran sakinidir.

5 saylı xəstəxananın yanıq şöbəsinin müdiri Vüqar Ələkbərovun AzadlıqRadiosuna dediyinə görə, qızın bədəninin 75 faizi yanıb.

“Xəstəxanaya çatdırılanda danışırmış, ağrıkəsicilər vurulub, hazırda reanimasiyadadır. Onun yaşama şansı çox aşağıdır”.

***
Yanvarın 30-u səhər saatlarında Səbail rayonunda, Mərkəzi Klinik xəstəxansının yanında bir qadın üstünə benzin tökərək özünü yandırıb.

ANS PRESS-in məlumatına görə, yaxınlıqda olan polis əməkdaşları yanğının qarşısını alıblar və qadın 5 saylı xəstəxanaya çatdırılıb.

Xəstəxananın yanıq şöbəsindən AzadlıqRadiosuna faktı təsdiqləyiblər. Amma hələ ki onun özünü hansı səbəbdən yandırdığı bəlli deyil.

“Bir qadındır, hazırda reanimasiyadadır, vəziyyəti çox ağırdır. Hələki qeydiyyat başa çatmayıb deyə onunla bağlı bütün məlumatları deyə bilmirik”.
XS
SM
MD
LG