Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 21:37

Ashton: "Rusiya qoşunlarını daimi dislokasiya yerlərinə çəkməlidir"


Catherine Ashton
Catherine Ashton
"Biz Rusiyanı dərhal öz qoşunlarını Qara Dəniz Donanmasının Ukraynada yerləşməsi haqda sazişə uyğun olaraq daimi dislokasiya yerlərinə çəkməyə çağırırıq”.

Bunu Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton martın 3-də Brüsseldə bildirib.

AB-nin xarici işlər nazirləri Brüsseldə rus qoşunlarının Ukraynaya, Krım bölgəsinə müdaxilə etməsi ilə bağlı fövqəladə toplantı keçiriblər.

Ashton vurğulayıb ki, Ukraynanın suverenliyini pozması Rusiyanın öz beynəlxalq öhdəliklərinin ziddinə getməsidir.

Ashton Kremli çağırıb ki, gərginliyi azaltmaq üçün Ukrayna ilə məsləhətləşmələrə başlasın. Onun sözlərinə görə, əgər Rusiya gərginliyi azaltmaq istiqamətində addım atmasa, bu, Avropa Birliyi ilə Rusiya arasında münasibətlərə mənfi təsir edəcək. Ashton-un verdiyi məlumata görə, nazirlərin toplantısında Rusiya ilə viza məsələlərinə və bir sıra yeni razılaşmalara dair danışıqların təxirə salınmasından söhbət gedib.
XS
SM
MD
LG