Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 21:49

Rusiya Krımın anneksiyasını rəsmiləşdirir

Krım respublikası Rusiya Federasiyasının tərkibinə qəbul olundu. Sevastopol şəhəri də ayrıca statusla RF-nın tərkib hissəsi elan olundu. Təntənəli mərasimdə Putin Qərbə Kosovo mütəqilliyini xatırlatdı...

- Martın 16-da Krımda keçirilən referendumda yarımada sakinləri «Krımın federasiya subyekti kimi Rusiya Federasiyasının tərkibinə daxil olması" lehinə səs verdilər. Separatçı rejim Moskvaya, Krımı Rusiya Federasiyasının tərkibinə qəbul etməsi haqda müraciət etdi

- Matın 18-də Rusiya parlamenti bu müraciətə müsbət cavab verdi. Referendumu tanımayan və Rusiyaya qarşı sanksiya elan edən ABŞ, Avropa Birliyinə istehza ilə cavab verdi.

- Ukraynanın mərkəzi hakimiyyəti faktiki olaraq Rusiya qoşunlarının nəzarətində olan yarımadakı referendumu qanunsuz elan etdi, separatçlarl beynəlxalq məhkəmə ilə hədələdi.

- Martın 18-də Rusiya prezidenti Vladimir Putin Dumadakı çıxışında Krımın Rusiyaya daxil olunmasını rlan etdi.

Krımda və onun ətrafında baş verən əsas hadisələrin xronologiyası öz əksini bu bloqda tapır. Son xəbərlər yazının yuxarı hissəsində yerləşir. Mətnin sonundakı göy rəngli «Davamı» düyməsini sıxmaqla Canlı bloqumuzu vərəqləmək və əvvəlki saatlarda dərc olunana xəbərlərlə tanış olmaq mümkündür. Azadlıqda qal!
19:11 17.3.2014
- ABŞ prezidenti 7 Rusiya rəsmisinə qarşı sanksiya tətbiq edir. Onların arasında Rusiya prezidentinin 2 köməkçisi də var.

- Ukrayna səfərbərlik elan edir. Ölkənin silahlı qüvvələri 40 min nəfər artacaq. Krımda səfərbərlik ancaq künüllülük əsasında baş verəcək.

- Avropa Birliyi 21 Ukrayna və Rusiya rəsmilərinə sanskiya elan edir.

- Rusiya xarici işlər nazirliyi "Ukraynaya yardım üçün" beynəlxalq qrup yaradılmasını təklif edir. Bununla bağlı yayılan bəyanatda Rusiya təklif edir ki, Ukraynada və Kiyevdə binaların qanunsuz zəbt edilməsi, zorakılıqla bağlı hallar araşdırılsın. Ukrayna federativ dövlətə çevrilsin və Krımən 16 fevral referendumunu tanısın, rus dili 2-ci dövlət dili statusunu alsın və s. Ukrayna rəsmiləri bəyanatın təklifdən çox, ultimatum kimi səsləndiyini bildirirlər.
13:42 17.3.2014
Mübariz Qurbanlı deyir ki, Azərbaycan hakimiyyəti Ukrayna məsələsində mövqeyini tam açıq və birmənalı ifadə edib.
13:40 17.3.2014

Davamı

XS
SM
MD
LG