Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:09

Korrupsiya ilə mübarizədən nə xəbər?


Foto: Arxiv
Foto: Arxiv

-
Sahibkar Vüsal Hacıyevin İzmirdən gətirdiyi laminat martın 11-də «Sınıq Körpü» Gömrük Keçid Məntəqəsində saxlanıb. Bundan bir neçə gün sonra AzadlıqRadiosuna danışan sahibkar deyir ki, birinci dəfə mal gətirəndə də gömrükdə oxşar suallarla üzləşib:

Gözlə

No media source currently available

0:00 0:02:04 0:00
Direct-ə keçid

«Bütün sənədlərim qaydasındadır. Gömrük işçiləri deyir «olmaz, gərək monopolistdən icazə alasan, sonra buraxaq». Yük məntəqədədir, gününə 150 manatdan pul yazır. Deyir, «sənədin yuxarısındakı emblem gərək rəngli olsun». Əbülfəz müəllim adlı bir nəfər var, deyirlər gərək o icazə versin. Görüşmüşük də onunla. Deyir, «gətirmə, vəssalam. Biz bu boyda bazar yaratmışıq ki, bazarımızı pozub dağıdasan?»».


Vüsal Hacıyevin söylədiyinə görə, gömrükdən laminat keçirmək istəyən kvadratına 3-5 manat haqq ödəməlidir. Deyir, onda gərək laminata görə 10 min manat civarında rüşvət versin, o isə malını ölkəyə qanuni yolla keçirmək istəyir.

AzadlıqRadiosu dəfələrlə sahibkarların gömrükdə üzləşdiyi çətinlikləri işıqlandırıb.

KORRUPSİYA CİNAYƏTLƏRİ

Ancaq rəsmi məlumata görə, ölkədə korrupsiya cinayətlərinə daha çox təhsil, səhiyyə və sosial təminat sahəsində rast gəlinir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev 2013-cü ilin yekunlarından danışarkən deyirdi ki, ötən il səhiyyə sahəsində 22, təhsil sahəsində 25, sosial təminat sahəsində 16 şəxs barəsində cinayət işi açılıb.

xüsusi reportajlar - 1 aprel 2014

Canlı müzakirə

Ümumilikdə İdarənin istintaq şöbəsi tərəfindən 367 şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Maraqlıdır ki, prokurorluq orqanlarının 1, polis əməkdaşları barəsində 1, Ədliyyə Nazirliyinin 2, Fövqəladə Hallar Nazirliyinin 6 əməkdaşı barəsində cinayət işi açılıb.

KONSEPTUAL SƏNƏDLƏR

Rəsmilər korrupsiya ilə mübarizədən danışarkən bir sıra konseptual sənədləri misal gətirirlər. 2012-ci ildə «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» və «Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı» təsdiqlənib.

«Korrupsiyaya qarşı mübarizə haqqında» qanun, «Dövlət qulluqçularının etik davranış Kodeksi» də məmur özbaşınalığının, rüşvətxorluğun azaldılması üçün əsaslı sənədlər kimi dəyərləndirilir.

Yalçın İmanov
Yalçın İmanov

Ancaq bu qanunlar rüşvətxorluğun sonunu gətirə bilirmi? Bircə faktı deyək. «Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı»nda bir öhdəlik «Vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları haqqında bəyannamənin elektron formada təqdim edilməsi ilə bağlı təkliflərin hazırlanması»dır. İcra müddəti də 2013-cü il qoyulub. Ancaq Vergilər Nazirliyi hələ 2020-ci ilədək gəlir bəyannaməsinin tətbiqi üçün hazırlıqları tamamlamağı planlaşdırır.

STATİSTİKANIN YARADILMASI

Vəkil Yalçın İmanovun fikrincə, korrupsiya cinayətlərinin araşdırılması daha çox korrupsiya statistikasının yaradılmasına hesablanıb. Yəni, müəyyən həddə qədər cinayət təqibi həyata keçirilə – cəzanın ən yuxarı həddi icra nümayəndəsi səviyyəsində ola bilər. Bu halda da ittihamlar tam qanunsuz və əsassız olur.

Vəkil bu günlərdə Ədliyyə Nazirliyinin «qaynar xətt»inə zəng edərkən eşitdiklərindən danışır:

Gözlə

No media source currently available

0:00 0:02:53 0:00
Direct-ə keçid

«Müraciət etmişəm ki, müdafiə etdiyim şəxsə Binəqədi icra şöbəsində rəis tərəfindən təzyiq olunur. Dəstəyi qaldıran deyir ki, «bu barədə bizə internetlə məlumat göndərin». Yaxud saatlarla sorğu-sual edir. Yekunda məlum olur ki, müraciət araşdırılıb bizə məlumat veriləcək. Günlər keçib, hələ ki, məlumat verilməyib. Onlara dedim ki, «siz öz əməkdaşınızın yol verdiyi pozuntuya bəraət qazandırırsınız». Digər qurumların «qaynar xətt»lərində də eyni problemlə üzləşirsən. Hansısa şikayət həmin idarənin marağındadırsa, məsələn, korrupsiya statistikası yaradılmasına xidmət edirsə, araşdırılacaq. Bu da yanlış istiqamətdə ediləcək. Məsələn, bir icra nümayəndəsinin yol verdiyi pozuntu. Çox ciddi hüquq pozuntusu, korrupsiya cinayəti barədə məlumat verirsənsə, deyirlər aidiyyəti üzrə məhkəməyə, polisə müraciət edin».


KEYFİYYƏTCƏ YENİ MƏRHƏLƏ

2011-ci ilin əvvəlində prezident İlham Əliyev korrupsiyaya qarşı kampaniya elan edəndə, azacıq da olsa, bir ümid işartısı yarandı. Ölkə başçısı sonralar da korrupsiya ilə mübarizənin prioritet olduğunu vurğulayıb. Son 3 ildə bu sahədə nə dəyişib?

Bu sualları cavablandıran Korrupsiya ilə Mübarizə Komissiyasının üzvü Əli Hüseynlinin fikrincə, son 3 ildə korrupsiya ilə mübarizə keyfiyyətcə yeni mərhələyə keçib:

- Son dövrü səciyyələndirilən hal odur ki, bu mübarizədə yeni üsullara ehtiyac yarandı.

Əli Hüseynli
Əli Hüseynli

Cənab prezidentin tövsiyələri də əsasən şəffaflıqla bağlı oldu. Son 3 ildə ölkədə şəffaflığın artırılması ilə bağlı aparılan işlərə düzgün qiymət vermək lazımdır. Məsələn, bu 3 ildə işin ən gözəl nümunəsi «ASAN Xidmət»in yaradılması oldu. Məqsədimiz şəffaflıq idi, buna da nail olmağa başlamışıq.

- Bəs niyə ölkənin korrupsiya reytinqində elə bir ciddi irəliləyiş görmürük?


- İrəliləyişlər var. Korrupsiya ilə mübarizədə məqsəd heç də reytinqlərdə durumu yaxşılaşdırmaq deyil. Gürcüstanın vəziyyəti bir neçə il əvvəl «Transparency International»ın reytinqində çox yaxşı idi. Ancaq hakimiyyət dəyişdi, keçmiş hakimiyyətin dövrü araşdırıldı, çox acınacaqlı hallar üzə çıxdı. Piar məsələsini kənara qoyaq. Bizim ölkədə korrupsiya ilə mübarizə heç vaxt kampaniya xarakteri daşımayıb. Ancaq iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdə korrupsiya ilə mübarizənin spesifikliyi olur. Onunla mübarizə də elə də asan deyil. Ancaq son siyasət effekt verməyə başlayıb.

TƏNBEH OLUNANLAR ÇOXDUR


- Korrupsiyaya görə çox kiçik fiqurların cinayət təqibinə məruz qoyulması, yüksəkvəzifəlilərin cəzadan kənarda qalmasına dair fikirləri bölüşürsünüzmü?


- Məmurlar bu maddələrlə məsuliyyətə cəlb olunublar. Keçmiş iqtisadi inkişaf, səhiyyə nazirləri məhz bu ittihamlarla məsuliyyətə cəlb olunublar. Ancaq korrupsiya hüquqpozmasıyla bağlı tətbiq olunan cəzalar müxtəlifdir. Kimsə tənbeh oluna, işdən kənarlaşdırıla bilər. Yəni, çox müxtəlif tənbeh növləri həyata keçirilib. Ancaq məqsəd hansısa məmurun cəzalandırılması deyil. Biz elə edirik ki, korrupsiyanı yaradan şərait aradan qalxsın. Korrupsiya cinayəti törətmək mümkün olmasın. Məqsəd insanlarla mübarizə aparmaq deyil.

- Məmurların gəlir deklarasiyası korrupsiyanın azalmasına necə təsir edər?
- Sahibkarların gömrükdən, digər dövlət orqanlarından şikayətləri nə vaxt səngiyəcək?
- Korrupsiya ilə mübarizə statistika naminə aparılmır?
Gözlə

No media source currently available

0:00 0:11:57 0:00
Direct-ə keçid


VƏZİFƏLİYƏ RÜŞVƏT İTTİHAMINI KİM ARAŞDIRACAQ?

Yevlax rayon sakini Nasir Vəlipur deyir ki, 3 il əvvəl hərbçi oğlu Əlibaba Vəlipur polis kapitanı olan dostu ilə onun maşınında Yardımlı rayonunda saxlanıb. Dava-dalaş yaranıb. Onları maşından düşürüb başqa maşınla polis idarəsinə gətiriblər. Sonradan öz maşınlarından narkotik maddə çıxıb:

Gözlə

No media source currently available

0:00 0:01:48 0:00
Direct-ə keçid

«Oğlum əvvəl qol çəkib hər şeyi boynuna götürüb, sonra imtina edib. Protokolu imzalamış 18 polis işçisindən 17-si indi deyir ki, protokolu 2 gün sonra qol çəkiblər. Aprelin 1-də işə Şirvan Apelyasiya Məhkəməsində baxılacaq. Bir ildir iş bu məhkəmədədir. Nə sübut edə bilirlər, nə də uşağımı buraxırlar. Narkotik saxlama ittihamını da sübuta yetirə bilmirlər».


Əlibaba Vəlipur, İlham Əhmədov və Hikmət Babayev narkotik alverində ittiham olunublar.

Foto: Arxiv
Foto: Arxiv



Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Nasir Vəlipur bir neçə vəzifəli şəxsə oğlunun xilası üçün rüşvət verdiyini də iddia edir. Bunu bütün məhkəmə proseslərində də bəyan etdiyini, ancaq araşdırılmadığını bildirir. Bir vəzifəlini rüşvət almağa görə məhkəməyə də verdiyini deyən ata rüşvət verdiyinə görə cəza çəkməyə də hazırdır, təki oğlunun günahsızlığı sübuta yetirilsin.

PLANKA QALDIRILSIN

Vəkil Yalçın İmanov ölkədə korrupsiyanın səviyyəsini korrupsiya ilə mübarizə idarəsinin binasının böyüklüyü ilə müqayisə edir. Vəkil mübarizənin səmərəsindən danışmağı qeyri-mümkün sayır:

Gözlə

No media source currently available

0:00 0:03:47 0:00
Direct-ə keçid

«Bu mübarizə çox xırda adamların - 100 manat almış bağça müdirinin, uzaqbaşı 500 manat almış sosial yardım işçisinin həbsi ilə məhdudlaşır. Korrupsiya ilə Mübarizə İdarəsi də işini bununla bitmiş sayır. Məmur-vətəndaş münasibətlərinin xarakteri dəyişməlidir. Elektron məhkəmə sisteminə dair prezident sərəncamı da göstərir ki, dövlət öz məmuruna etimad etmir. Bu münasibətlər sıfıra endirilir. Ancaq bunlar çox kiçik məsələlərdir. Korrupsiya cinayəti latent, gizli cinayətdir. İdarəetmə sistemi ilə bağlı problemləri əks etdirir. İllik hesabatlarda cinayət təqiblərinə icra nümayəndələrinin də adı salınır, göstərilir ki, bütün sahələrdə bu mübarizə gedir. Ancaq bu planka qaldırılsa, yüksəkvəzifəli şəxs cinayət təqibinə məruz qalsa, daha çox effektdən danışmaq olar».
XS
SM
MD
LG