Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 06:39

Human Rights House Anar Məmmədli və Bəşir Süleymanlıya azadlıq istəyir


Bəşir Süleymanlı və Anar Məmmədli
Bəşir Süleymanlı və Anar Məmmədli
-
Human Rights House təşkilatı QHT rəhbərləri Anar MəmmədliBəşir Süleymanlının azadlığını tələb edirlər.

Təşkilat mayın 26-da yaydığı bəyanatda bildirir ki, BMT-nin iki xüsusi məruzəçisi Anar Məmmədli dərhal azadlığa buraxılsın, onunla birgə təqsirləndirilən şəxslərə qarşı isə ittihamlara son qoyulsun.

Human Rights House Cenevrə Bürosunun rəhbəri Florian Irminger bildirib ki, BMT ekspertləri də ittihamların Anar Məmmədli və onun həmkarlarının məhz gördükləri işlə bağlı olduğunu anlayıblar.

Human Rights House mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Anar Məmmədlinin işini aparan hakim Rauf Əliyevə də təqsirləndirilən şəxslərə qarşı ittihamların geri çəkilməsi ilə bağlı məktub ünvanlayıb.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Müdafiə tərəfi Anar Məmmədlinin həbsinin əsl səbəbinin keçən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqinin aparılması olduğunu bildirir.

Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyinin rəhbəri Elnur Məmmədova hökm oxunub.

Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı 3 il 6 ay azadlıqdan məhrum edilib, digər təqsirləndirilən Elnur Məmmədova 2 il şərti cəza verilib. Bəşir Süleymanlı məhkəmə zalında həbs edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» Anar Məmmədlini «vicdan məhbusu» sayır.
XS
SM
MD
LG