Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 17:44

Həsən Hüseynliyə 6 il iş verildi


Həsən Hüseynli, 14 iyul
Həsən Hüseynli, 14 iyul

-

İyulun 14-də Gəncə şəhər Nizami rayon Məhkəməsində QHT rəhbəri Həsən Hüseynliyə 5 il 11 ay 28 gün həbs cəzası verib. Cəza müddəti bu gündən hesablanır.

«MƏN MƏHKƏMƏ SALONUNDAN HƏBSİMİ YOX, BƏRAƏTİMİ GÖZLƏYİRƏM»

Bu gün QHT rəhbəri məhkəmədə son sözlə çıxış edib. O, çıxışında ona qarşı edilən haqsızlıqlardan danışıb, irəli sürülən ittihamların qondarma olduğunu və ittihamları qəbul etmədiyini bildirib. Çıxışının sonunda isə gənclərə çağırış edib:

«Gənclər möhkəm olsunlar. Təhsilləri üçün çalışsınlar. Mən isə məhkəmə salonundan həbsimi yox bəraətimi gözləyirəm».

Həsən Hüseynli 2014-cü il martın 31-də Gəncədə saxlanıb. O, həmyerlisi Arzu Qəhrəmanovu bıçaqla yaralamaqda günahlandırılır. Polisdə 48 saat saxlanan Həsən Hüseynli daha sonra müstəntiqin qərarına əsasən, polis nəzarətində olmaqla azadlığa buraxılıb.

Həsən Hüseynli ictimai fəaliyyətinə görə saxlandığını düşünür.

Onun rəhbərlik etdiyi «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzi Azərbaycanın Qərb bölgəsində açıq cəmiyyət ideyalarını yaymağı, vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməyi özünə məqsəd bilir.

Mərkəz gənclərin ictimai fəallığının və liderlik qabiliyyətinin yüksəldilməsini hədəfləyən layihələr gerçəkləşdirir.

XS
SM
MD
LG