Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 07:34

«Azərbaycan yazıçılarına maraq çox zəifdir» - Fotolar


"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun özü də (sağda) müştərilərə kitab təklif edir.
"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun özü də (sağda) müştərilərə kitab təklif edir.

-

“Qanun” nəşriyyatının keçirdiyi kitab yarmarkası başa çatdı.

Yarmarka Bakıda Hüseyn Cavid parkında, Zabitlər bağında və “Park Bulvar”da dörd gün davam etdi.

Burada həm “Qanun”, həm də “Əli və Nino” nəşriyyatlarının kitabları 20 faiz endirimlə satılırdı.

Zabitlər bağındakı yarmarkada kitabların satışı ilə məşğul olan “Qanun” nəşriyyatının əməkdaşı Sakit Mirzəliyev deyir ki, gündüzlər elə də çox kitab satılmır, əsasən axşam saat 6-dan sonra insanlar parka istirahətə gələndə satış olur:

“Oxucular əsasən dünya ədəbiyyatından tərcümələrə və detektiv ədəbiyyata maraq göstərirlər, amma Azərbaycan yazarlarının kitablarına maraq çox zəifdir, buna görə də həmin kitabları bir manata satışa qoymuşuq”.

“Əli və Nino” kitab evinin yarmarkadakı satıcısı Günel Yusubova isə rusca kitablara daha çox tələb olduğunu deyir. Eləcə də ingiliscə, türkcə kitablara. O ən çox satılan kitablar arasında Elxan Elatlının, Çingiz Abdullayevin kitablarının, bir də Cavid Osmanovun “Mücahidin yolu” kitabının olduğunu bildirdi.

Yarmarkaya alıcı kim baş çəkən yazar Eyvaz Zeynalovsa belə kitab satışlarının ölkə yazarlarına xeyirli olduğunu və öz kitablarının da yarmarkada satıldığını bildirdi.

Günel Yusubova
Günel Yusubova

Sakit Mirzəliyev
Sakit Mirzəliyev

XS
SM
MD
LG