Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 05:50

Belyatski: «Belarusu Azərbaycanlaşmağa qoymaq olmaz»


Belyatski məhkəmə zalında, 2011-ci il
Belyatski məhkəmə zalında, 2011-ci il

-

Belarusun tanınmış insan haqları müdafiəçisi, keçmiş siyasi məhbus olan Ales Belyatski iyul ayında Avropa səfəri zamanı bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında olub. Səfərdən qayıdan Belyatski Azadlıq radiosuna müsahibə verib.

Azadlıq Radiosu: Keçmiş SSRİ məkanında olan bir sıra ölkələr, bir tərəfdən, Avropaya yaxınlaşır, əməkdaşlıq edir, o biri tərəfdən, bu ölkələrdə vicdan məhbuslarının, siyasi məhbusların sayı artır. Buna Avropada necə baxırlar?

Belyatski: Mən insan haqlarının müdafiəsinə görə 3 il həbsdə yatmışam. Azadlığa çıxanda Avropa Şurasının yerləşdiyi Strasburqa getmişdim ki, Belarusdakı vəziyyət barədə danışım. Orda mənim üçün çox gözlənilməz oldu ki, siyasi məhbusların olduğu, insan haqlarının pozulduğu Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir.

Elə indinin özündə, dünən eşitdim ki, mənim yaxşı tanıdığım insan haqları müdafiəçisi Leyla Yunusu tutublar, bu gün isə ona 3 ay həbs cəzası verildiyini eşitdim. Həm məyus oldum, həm də hiddətləndim.

Azadlıq Radiosu: Bəs sizin belə iradlarınıza Avropada nə deyirlər?

Belyatski: Burda ikili standartlar var. İkili dəyərlər var. Azərbaycanda insan haqları pozulur, ancaq Azərbaycanın prezidentini , nazirlərini Avropada yüksək səviyyədə qəbul edirlər. Niyə? - Çünki Azərbaycanın neft var. Bu neftə görə Azərbaycanı insan haqlarının vəziyyətinə görə o qədər də tənqid etmirlər.

Belarusun isə nefti yoxdur. Ona görə də Belarusu Azərbaycandan daha kəskin tənqid edirlər.

Məncə, Avropa Şurası öz öhdəsinə düşən vəzifəni yerinə yetirə bilmir.

Azadlıq Radiosu: Azərbaycanda insan haqlarının vəziyyəti pisləşəndə bəzən deyirlər ki, Azərbaycan Belarusa çevrilir.

Belyatski: Mənim fikrimcə, Belarusda da Belarusun “Azərbaycanlaşmasına” imkan vermək olmaz. Mən nəyi nəzərdə tuturam?

Belarus da Azərbaycan kimi Avropa ilə münasibətləri yaxşılaşdırır, insan haqlarında vəziyyət isə pis olaraq qalır. Bu, Azərbaycan nümunəsidir, Belarus bu yolla getməməlidir.

Azadlıq Radiosu: Hazırda dünyada Qərblə Rusiyanın qarşıdurması gedir, geosiyasi vəziyyət gərginləşir.

Sizcə, belə durumda MDB ölkələrində insan haqları ilə bağlı vəziyyət yxaşılaşacaq yoxsa pisləşəcək?

Belyatski: Bu qarşıdurma yaranandan Rusiyada insan haqları ilə bağlı vəziyyət pisləşir. Əvvəllər bu sahədə Rusiya Belarusdan və Azərbaycandan xeyli qabaqda idi. Indi elə bu ölkələrin səviyyəsinə yaxınlaşıb.

Mənim fikrimcə, Rusiyada insan haqları ilə bağlı vəziyyət pisləşəcək. Bu da qonşu ölkələrə həmişə təsir edir. Ona görə Belarusda, Azərbaycanda da insan haqlarının durumu pisləşəcək.

XS
SM
MD
LG