Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:30

Adam ətinə yerikləyən çiçəklər...


Zaman Paşazadə
Zaman Paşazadə

-

Arazın o tayından

Zaman Paşazadə

Səsin

Adam ətinə yerikləyən çiçəklərin,

Tumurcuq quyusundan gəlir.

Ağzın, bir siqaretin eni qədər büzülmüş,

Gözlərində, kirpik yerinə dış göyərmiş.

Xortdan heybətinə çevrilmiş heykəlin,

Bir-birinin qarnından çixan gəlinciklər sayaq.

Özündən doğulmuş­san sən

Durmadan doğulur,

Durmadan kiçilir,

Ölüm boyda olmaqdasan.

İpək yollarından çiçək qusuntuları axır,

Və barmaqlar.

Uçuş qanadlarını unudub,

Tranzit yollarında qovrulurlar.

Sən­sə,

Təhlükəsizlik kəmərini bağlamış

Bir at qarışqası­nın sürücüsüsən.

Basırsan qarabasmaların görüntüsünü bağrına,

Arxanı sükan arxasına çevirmiş­kən.

Sür,

Çap,

Uçurt,

Uç.

Dənizdir burası

Fırtınalı dəniz,

Yelkən­lərini aç.

Dərədir burası,

Uçurumlu dərə,

Ayağını iylə­cə bas.

Dağ­dır burası

Nəfəs kəsici dağ,

Qanadlarını aç.

Hə!!

Elə sən­sən o tatdan darı alıb

Qanadlanıb

Haq qapısını açmaq istəyən axmaq.

Hə!!

Elə sən­sən o haq yolunu itirən

Gic­bə­sər!

Qar

Qar
Qara yağır
Qara qar yağır
Qar üzərində ağ qarğa...
Iqlim dəyişib ağlım
Yanır cebimin buz dolabina soxulmuş əlim
Yanır dodağımda mahnını dəyişdir sicaqlığında üşüyürəm içəridəki sobanın
Baxanda pəncərədən nə gözəldir içəri, qar yağanda

Bir gözəl oturmuş mahnı işığında kitab toxuyur başa qoymalı
Qardan qorunmalı bir kitab.
Baxanda pəncərədən nə gözəldir içəri, qaranlıqda
Yox bir görüntü ilə qəhvə falının fincanında içildiyində
Oyan məni
Yasdığını çevirib basdır məni yuxunda
Hovuxur ərisin qara basmalı yuxunun dibinə çıxmış qar dənələri.

Qaytar doğallığına hər şeyi,
Qoy ağlığında qalsın qar
Gözəlliyində-qar
Kristallığında- qar
Sonsuzluğunda-qar
Əəəəəəəəəəəh çıxar yalvarıram çıxar! Bu qarğanı beynimdən
Qara qalsa da qar
Qar
Qar
Qar...

(Azərbaycan Yazıçılar Birliyinin "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsinin dəstəyilə çap olunur)

XS
SM
MD
LG