Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 18:02

«14 milyon dollara Bakıda QHT inqilabı»


Qubad İbadoğlu
Qubad İbadoğlu

-

Sentyabrın 1-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

«14 MİLYON DOLLARA BAKIDA QHT İNQİLABI»

Müsavat Divanının keçmiş üzvü, bu partiyanın başqanı postuna iddiaçı, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu avqustun 29-da «Yeni Müsavat» qəzetinin qonağı olub. Qəzet onunla müsahibənin ikinci, sonuncu hissəsini təqdim edir. Qubad İbadoğlu deyir ki, istintaqda əsas ssenari vaxtı ilə haqqin.az saytında yazılanlardan fərqlənmir. Belə ki, aylar öncə dərc olunan bir yazıda çox müxtəlif və şişirdilmiş rəqəmlər var idi. Yazıda qeyd olunmuşdu ki, «ABŞ-ın Azərbaycanda inqilab etmək və Azərbaycanı Ukraynaya çevirmək niyyəti var. Bununla bağlı ölkədəki vətəndaş cəmiyyəti institutlarına böyük miqdarda vəsait ayrılıb».

Biz heç 10 QHT rəhbərini bir yerə yığa bilmirik, belə olanda inqilabi kiminlə edə bilərik ki? Bu, tamam cəfəngiyatdır. Mənim özüm də xaraktercə inqilabi fikirlərdən uzaq adamam. Qırğızıstanda olanda onun fəsadlarını da gördüm, hətta 5 ildə 2 dəfə inqilab edənlər belə onun təkrarlanmasını arzulamırlar. Yazılanlara gəlincə, o, bir neçə istiqamətdə yanlışlığı ilə seçilir. Birincisi, o qədər külli miqdarda vəsait heç vaxt Azərbaycanda vətəndaş cəmiyyəti institutuna ayrılmayıb...

- Dəqiqləşdirək, nə qədər miqdarda vəsaitdən söhbət gedirdi?

- 14 milyon dollar. Guya ölkədə inqilab etmək üçün vətəndaş cəmiyyəti institutlarına bu qədər məbləğdə vəsait ayrılıb.

«PUTİN SONU YAXINLAŞDIĞI ÜÇÜN TƏLƏSİR»

Politoloq Vəfa Quluzadə «Azadlıq» qəzetinə müsahibəsində NATO-nun «Rusiya təcavüzünə qarşı» yaratdığı xüsusi çevik birliyi barədə deyir ki, Putin real güc, qüvvə görməmiş dayanan deyil. Ona görə Qərbdə belə bir plan fikirləşiblər. Digər tərəfdən NATO gözəl bilir ki, Şərqi Avropa ölkələri pis vəziyyətdədir. Onlar da Rusiyanın aqressiyası nəticəsində müdafiəsiz qala bilər. NATO gərək bu dövlətləri müdafiə etmək iqtidarında olsun. Hücum olacağı təqdirdə onun qarşısı daha tez bir zamanda alınmalıdır. NATO ona görə Şərqi Avropada əsgəri qüvvələrini gücləndirir. Məqsəd Rusiyanı yerinə otuzdurmaqdır.

XARİCİ TİCARƏTDƏ QEYRİ-NEFT MƏHSULLARININ İXRACI ARTIR

«Azərbaycan» qəzetinin yazdığına görə, Azərbaycanda xüsusən qeyri-neft sənayesinin inkişafı qeyri-neft məhsullarının ixracının artmasına təkan verib. «Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyun aylarında Azərbaycan dünyanın 134 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə əmtəə ixrac edib, 122 ölkədən məhsul idxal olunub. Hesabat dövründə xarici ölkələrlə 15,3 milyard dollar məbləğində ticarət, o cümlədən 11,2 milyard dollarlıq ixrac və 4,1 milyard dollarlıq idxal əməliyyatları aparılıb və nəticədə 7,1 milyard dollarlıq müsbət saldo yaranıb».

BAKIDA TİKİLƏN ƏN HÜNDÜR MƏSCİDDƏN SON GÖRÜNTÜLƏR

Arxiv foto
Arxiv foto

Bakının Binəqədi rayonu ərazisində tikilən məscid kompleksində iş sürətlə davam etdirilir. Lent.az-ın məlumatına görə, 9-cu mikrorayonda, Həmzə Babaşov küçəsində inşa olunan məscidin minarələrində son tamamlama işləri həyata keçirilir. Həmçinin ətraf ərazilərin abadlaşdırılmasına və daxili tərtibatın hazırlanmasına başlanılıb. Məscidin gələn il ərzində istifadəyə verilməsi gözlənilir. Bu məscid kompleksinin tikintisi üçün prezidentin ehtiyat fondundan ilkin olaraq 10 milyon manat vəsait ayrılıb.

«TƏHSİL NAZİRLİYİNİN ƏCAİB QƏRARI İLƏ...»

Millət vəkili Fazil Mustafa sentyabr ayının gəlişi ilə bağlı bu dəfə məktəb məsələsinə toxunub. «Qafqazinfo» xəbər verir ki, o, sabah-sentyabrın birində Azərbaycanda yenə də Bilik gününün qeyd olunmayacağından narahatlığını ifadə edib:

«Tam əminliklə söyləmək olar ki, bu gedişlə Biliyin özü də olmayacaq. Yəni dərslər yenə də ciddi səbəb olmadan sentyabrın 15-i başlayacaq. 15 gün buradan göz görə-görə itiriləcək. Əvəzində isə Təhsil Nazirliyinin əcaib qərarı ilə iyun ayının 15-dək dərs müddəti uzadılacaq. Faktiki olaraq isə şagirdlər və valideynlər mayın 15-dən ən azı düşüncə olaraq məktəbdən uzaqlaşırlar. Hər il onlarla adam müxtəlif vasitələrlə əməkdar müəllim adı almaq üçün çalışırlar, əslində bu ölkədə ən əməkdar müəllim şagirdlərinin qəbul faizinə görə qürur hissi keçirən repetitorlardır. Allah bütün vicdanlı uşaq hazırlaşdıran repititor-müəllimlərdən razı olsun! Heç olmazsa cüzi maaş alan müəllimlərin müəyyən bir hissəsi bu vasitə ilə gündə üç dəfə mədəsinə yemək ötürmək şansı qazanırlar».

XS
SM
MD
LG