Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 01:05

Sınıq Körpü keçid məntəqəsində günlərlə «ilişənlər»... [Video]


Sınıq Körpü keçid məntəqəsində «ilişənlər»...
Gözlə

No media source currently available

0:00 0:04:58 0:00

-

Gürcüstana istirahətə gedən Gəncə sakini Tahir Muxtarov deyir ki, qayıdarkən özünə və qardaşına hədiyyə aldığı telefonları Sınıq Körpü keçid məntəqəsində sərhədçilər əlindən alıblar. O, iddia edir ki, son 8 il ərzində bir dəfə olsun sərhədi keçib hansısa əşya almayıb. Ancaq indi onu alverdə günahlandıralar. Vətəndaş hüquqlarının pozulduğunu deyən Tahir Muxtarov telefonu alınandan azı 3 dəfə yenidən sınıq Körpü keçid məntəqəsinin növbə rəisinin qəbuluna düşdüyünü bildirir:

«DEYİRLƏR TELEFON KEÇİRMƏK OLMAZ

«Gürcüstan respublikasından Azərbaycana qayıdarkən özümə telefon aldım. Birini də qardaşıma hədiyyə aldım. Gömrük məntəqəsində saxladılar, əlimdən aldılar. Bizə də protokol verdilər ki, 3 gündən sonra 30 gün müddətində gəlib telefonları götürə bilərsiniz. İndi də vermirlər. Deyirlər telefon keçirmək olmaz. Telefonun biri 300 manat o biri isə 110 manatdır».

Tahir Muxtarov
Tahir Muxtarov

Tahir Muxtarovun həmin vaxt yanında olan yoldaşı Sadiq Cəfərov isə deyir ki, əgər qanunsuz əməl ediblərsə telefonu qaytarıb Gürcüstanda aldıqları mağazaya təhvil verə bilərlər. Lakin gömrük xidmətinin qaynar xəttinə müraciət edən şikayətçilərə də qanunla 1500 manata məbləğədək olan bu tipli texniki əşya keçirməyin yol verildiyi bildirilib. Söz verilib ki, yaxın günlərdə şikayətiniz təmin ediləcək və əşyanız sizə qaytarılacaq.

«DEDİLƏR TƏDBİR GÖRƏCƏYİK»

«3 dəfə gəlmişik, vermirlər. Gah deyirlər növbə rəisi yoxdur. Sonra rəis gecə 12 də gəldi, dedilər 36 faiz dövlət rüsumu ödənilməlidir və ya Gürcüstana qaytarmalısınız. Buna nə dövlət rüsumu? Mən 1-ci dəfədir keçirəm, limiti aşmamışam. Gözləyirlər ki, 30 gün keçsin, telefonu guya məhv etmək adıyla satsınlar, mənimsəsinlər. Gömrüyün 194 saylı qaynar xəttinə zəng elədik. Dedilər tədbir görəcəyik. Qaynar xətt də dedi ki, səhv edib alırlar. Qaynar xətdən də dedilər ki, 1500 manatadək keçirə bilərik».

Sınıq Körpü keçid məntəqəsinin qarşısında əşyaları saxlanan başqa insanlar da rast gəldik. Elələri də var idi ki, avtobuslardan düşürülmüşdülər və əşyaları ilə birgə səkilərdə söykənib gözləyirdilər. Gözləməkdən yorulan sərnişinlər gileylənirdilər ki, Gürcüstan sərhədini cəmi 10-15 dəqiqəyə keçsələr də Azərbaycan tərəfdə azı 2 saat gözləməli olurlar:

«GÜRCÜSTAN TƏRƏFDƏN TEZ, RAHAT KEÇDİK»

-Nə qədər olar gözləyirsiniz?

- 2 saat olar. Gürcüstan tərəfindən yaxşı keçdik gəldik. Biz tezdən çıxmışıq, axşama kimi Bakıda olmalı idik. Saat 5-i keçib hələ burdayıq».

- Ən çox Azərbaycan sərhədində dayanırıq. Gürcüstan tərəfdən tez, rahat keçdik. Azərbaycan tərəfi incidir. Kimə deyək? Kimdən kimə şikayət edək?

Aynur adlı şikayətçi:

- Burda oturmağa yer yoxdur. Yarım saatdır ayaqüstdə qalmışıq. Şərait yaratsınlar. Oturacaq qoysunlar. 2 dənə dərman içmişəm. İstidən ürəyim sıxıldı. Orda sərin idi. Oturacaq var idi. Burda amma yoxdur.

Başqa biri:

- Gürcüstan vətəndaşıyıq. 3 aydan bir keçirik. Bircə gün gecikdik, 300 manata kimi cərimədir.

«QÜDRƏT NARI»

Sınıq körpü keçid məntəqəsi
Sınıq körpü keçid məntəqəsi

Uzun növbələrə və insan sıxlığına sevinən alverçilər isə bir ağac kölgəsi belə olmayan sərhəddə günün qızmarından qorunmaq üçün çəpər dibinə düzülüb alış-veriş edirlər. Nihad Abbasov da Gürcüstandan deməsinə görə, 5 dövlətdə calaq edilmiş və 2 adlı nadir meyvə gətirib satır:

«Bunun adına «kitay narı», «qüdrət narı» da deyilir. 5 dövlətin calaq meyvəsidir. Biri 50 qəpikdən satıram».

Telefonları əlindən alınan və başqa şikayətçilərin iddiaları ilə bağlı Sınıq Körpü məntəqəsinin rəisi ilə əlaqə saxlamaq istədik. Ancaq o bildirdi ki, məzuniyyətdədir və heç bir suala cavab verə bilməz.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin 192 saylı qaynar xətti ilə də əlaqə yaradıb münasibət öyrənmək istədik. Lakin dəfələrlə cəhd etsək də, nömrənin operatoru cavab vermədi.

«YAZIB VURSUNLAR Kİ, GÜRCÜSTANDAN TELEFON BURAXILMIR»

Gəncədən Qazax rayonu ərazisindəki Sınıq Körpü Keçid məntəqəsinə telefonunu geri ala biləcəyi ümidi ilə düz 3 dəfə gələn Tahir Muxtarovun bir xeyli də yola xərci çıxıb. Deyir ki, ziyana düşsəm də haqqımı geri almaq istəyirəm:

«Yazıb vursunlar ki, Gürcüstandan telefon buraxılmır. Hansı əşyalar buraxılmırsa vursunlar girişə. Alıb gətirəndən sonra buraxmırlar. Pulumu versin, bağışlayım onlara...».

XS
SM
MD
LG