Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:51

Ramiz Mehdiyev erməni mifindən yazır


 Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev

-

ERMƏNİLƏRİN MİF YARADICILIĞI

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” başlıqlı yazı yazıb.

“Azərbaycan” qəzetində dərc olunmuş yazıda oxuyuruq:

“Mif sosioloji reallıqdır. Başqa sözlə desək, mif xalqın gerçəkliyi ümumiləşdirilmiş formada, ibtidai şüurun tamamilə real hesab etdiyi konkret-hissi şəxsləndirmələr və canlı duyğular şəklində əks etdirən kollektiv fantaziyasının məhsuludur. Miflərin sosial mahiyyətini konkret cəmiyyətin ideologiyasını və deməli, onun tərkib hissəsi olan mifləri doğuran sosial şəraitdə axtarmaq lazımdır”.

ERMƏNİ GÜLLƏSİ ALTINDA OXUYAN MƏKTƏBLİLƏR

Civil-forum.az saytı Tərtər rayonunun Həsənqaya kəndində 22 şagirdlik birmərtəbəli məktəbdən bəhs edən yazı dərc edib. Həmin məktəbdə 4-6 nəfərlik 3 sinif otağı var.

Tərtər rayonu, sinif otağı
Tərtər rayonu, sinif otağı

“Məktəbdə nə müəllimlər otağı, nə kitabxana, nə idman zalı... heç ayaqyolu da yoxdur. Sinif otaqlarındakı partalar sıra ilə düzülüb. Qışda soyuqdan donmamaqdan ötrü soba quraşdırılıb, divarlarda isə ana dili və riyaziyyat fənlərinə aid lövhələr asılıb. Tədris ocağı 15 sentyabr bilik gününə hazır vəziyyətə gətirilib. Hazırda bu kənddə 24 ailə yaşayır. Onlar Kəlbəcər rayonundan gəlmiş məcburi köçkünlərdir”.

MİLYARDLIQ LAYİHƏLƏRDƏN QAZANCIMIZ NƏ OLACAQ?

“Bizim Yol” Azərbaycanın bir neçə ildə beynəlxalq idman yarışlarına ev sahibliyi etməsindən, bu yarışlara sərf olunan milyardların sonradan ölkəyə hansı faydanı verəcəyini araşdırıb:

“İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, hər bir ölkənin böyük turnirlərin keçirilməsinə maraq göstərməsinin əsas səbəbi turizmdən əldə olunacaq qazancıdır: "İkincisi, belə turnirlər sayəsində dünyada tanınaraq, sonradan turist cəlbi üçün gözəl şans yaranır. Əgər Azərbaycan hökumətinin bu qədər iri həcmli yatırımlar qoymasında məqsədi ölkəmizi əcnəbi turistlər arasında tanıtmasıdırsa, o zaman öncə bu prosesin alt yapısını hazırlamalıdır. Azərbaycan bu gün turist cəlb etmək üçün ən əlverişsiz ölkələrdən biridir. Ən ümdə problemi isə sərhədi keçərkən tələb olunan sənədlərdir. Azərbaycan MDB ölkələrindən başqa, nə Avropa dövlətləri, nə də ABŞ-la viza məsələsini həll edib. Hətta qardaş dövlət sayılan Türkiyə ilə illərdir vizanın qaldırılması məsələsi öz həllini tapmayıb. Əksinə, son qərarlarla xarici vətəndaşların ölkəmizə səfərləri daha da çətinləşdirilib. "

“AZƏRBAYCAN KÜRÜSÜNÜN ADI ÇIXIB”

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibəsində deyir:

Siyavuş Novruzov
Siyavuş Novruzov

“Azərbaycan kürüsünün adı çıxıb və olan deputat da geri çəkilir. Məsələn, Moldova ombudsmanı Azərbaycanın haqq işini Ermənistan paytaxtında qaldırdı, iki gün də onu ev dustağı etdilər. Azərbaycan onunla kifayət qədər iş aparmışdı və o da bizim haqq işimizi dəstəkləyirdi. Ermənilər onun başına hansı oyunları açdılar? Hər hansı bir avropalı deputat Azərbaycanın haqq işini, maraqlarını dəstəkləyirsə, həm daxildəki ermənilər, həm xaricdə oturan ermənilər hərəkətə keçir. Onların kifayət qədər kanalları var, Avropa qurumlarının hansına baxsanız, onların mühasibatlığında, katibliyində bir neçə erməninin çalışdığını görərik. Mən sizə siyahı da təqdim edə bilərəm. Onların kifayət qədər təsir etmək imkanları var”.

XS
SM
MD
LG