Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:37

Azərbaycanda insan haqları Vaşinqtonda müzakirə olundu


Vaşinqtonda keçirilən «Azərbaycanda insan haqlarına təzyiqin daha geniş təsirləri» adlı tədbir
Vaşinqtonda keçirilən «Azərbaycanda insan haqlarına təzyiqin daha geniş təsirləri» adlı tədbir

-

Oktyabrın 27-də Vaşinqton DC-də «Azərbaycanda insan haqlarına təzyiqin daha geniş təsirləri» adlı tədbir keçirilib. Təşkilatçılar «Freedom House» hüquq-müdafiə təşkilatı və Açıq Cəmiyyət Fondu olub.

Tədbirdə Avropada Sabitlik Təşəbbüsü təşkilatının sədri Gerald Knaus və USAİD-in Avropa və Avrasiya Bürosunun (E&E) administrator köməkçisi Paige Alexander çıxış edib.

Müzakirəyə «Freedom House»un prezidenti David Kramer və Açıq Cəmiyyət Fondunun Avrasiya üzrə baş siyasi təhlilçisi Jeff Goldstein moderatorluq edib.

Tədbirdə Azərbaycanda hakimiyyətin son zamanlar insan haqları fəalları, QHT-lərə təzyiqi artırdığı, vətəndaş cəmiyyəti və narazıların fəaliyyətini məhdudlaşdırdığı qeyd olunub.

«Azərbaycan hakimiyyəti yerli və xarici QHT-ləri hədəfə alıb, onların işini əngəlləmək məqsədilə inzibati maneələr ortaya çıxarıb. Cinayət təqibləri, həbslər həyata keçirilib. Vətəndaş cəmiyyətinin bir sıra fəalları və jurnalistlər mühacirətə yollanmalı olub».

Tədbirdə hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun qaynı, ABŞ-da yaşayan siyasi ekspert Ramis Yunus da çıxış edib. O, çıxışında qeyd edib ki, «postsovet məkanında avtoritar rejimlərlə, özəlliklə də Azərbaycandakı Əliyev rejimi ilə qarşılıqlı münasibətlərdə sözdən işə keçməyin vaxtı çatıb».

«İNDİ AZƏRBAYCANDA AVROİNTEQRASİYA TƏRƏFDARLARI HƏBS OLUNUR»

«Əliyevlər rejimi Ukrayna ssenarisindən qorxaraq qabaqlayıcı tədbirlər görməyə başladı. Əvvəllər Azərbaycanda ancaq siyasi partiya fəalları həbs olunurdusa, indi həbslər QHT təmsilçilərini də əhatələyir. Ən vacibi isə, indi əsasən Azərbaycanda avrointeqrasiya tərəfdarları həbs olunur. Buraya qardaşım Arif Yunus və onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus da daxildir».

Ramis Yunus çıxışında «Əliyev rejiminə sanksiya tətbiq etməyin vaxtı çatdığını» vurğulayıb.

Hakimiyyət təmsilçiləri «Freedom House» və digər beynəlxalq hüquq-müdafiə təşkilatlarını Azərbaycana qarşı ikili standartlar tətbiq etməkdə qınayırlar. Rəsmilər ölkədə fundamental hüquq və azadlıqlarının tam təmin olduğunu bildirirlər.

SİYAVUŞ NOVRUZOV: «ÖZ PAXIRLARINI GİZLƏTMƏYƏ ÇALIŞIRLAR»

«Freedom House», Soros Fondu kimi təşkilatlar Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə çağırış etməklə «öz paxırlarını gizlətməyə çalışırlar». Bunu Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. S. Novruzovun sözlərinə görə, aydın məsələdir ki, bu təşkilatların hamısı Azərbaycana qarşı qərəzlidir:

Deputat Siyavuş Novruzov
Deputat Siyavuş Novruzov

«Xüsusilə də son dövrlər erməni lobbisinin bu məsələyə açıq-aşkar müdaxiləsi var. Bu təşkilatların ifşa olunması, yəni onların qrant ayırdığı, himayə etdiyi şəxslərin ifşa edilərək vətənə xəyanət ittihamı ilə məsuliyyətə cəlb olunması və istintaq aparılması onlar arasında təşviş yaradıb. Hətta son günlər Soros Fondu da düşüb ortaya, çünki onların da ayırdığı vəsaitlərin hər hansı qeyri-hökumət təşkilatının fəaliyyəti ilə bağlı olmadığı, digər qaranlıq və çirkin yollara sərf edildiyi istintaq tərəfindən aşkara çıxarılıb».

Millət vəkili deyib ki, bu cür təşkilatların himayə etdiyi QHT-lər, qruplar, siyasi partiyalar var ki, həmin vəsait hesabına maliyyələşərək Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, kütləvi etiraz aksiyaları keçirmək və müxtəlif yollarla dövlətə təzyiq göstərməyə çalışırlar:

«Bu metodların hamısı artıq ifşa olunub və hesab edirəm ki, onlar ifşa olunduqca da ayrı-ayrı dövlətlərə müraciət etməyə başlayıblar ki, Azərbaycana qarşı təzyiqləri artırsın. Bununla da istəyirlər istintaqa təzyiq göstərərək onların himayə etdiyi şəxslərin məsuliyyətdən azad olunmasına kömək göstərsinlər ki, özlərinin paxırı açılmasın».

XS
SM
MD
LG