Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 06:57

Şəmkir bağlarında xurma da artıb, qiymət də...


Xurma bağı, Şəmkir
Xurma bağı, Şəmkir

-

Gözlə

No media source currently available

0:00 0:03:37 0:00
Direct-ə keçid


“KEÇƏN İL XURMANIN YEŞİYİ 5 MANAT İDİ, BU İL 6 MANATDIR”

Xurma ağaclarının bol olduğu Seyfəli kəndinin sakini Ehtiram Məmmədov deyir ki, bu il məhsulunu ötən illə müqayisədə bir manat baha qiymətə satıb:

“20 sot torpağım var, xurma əkmişəm. Ağacı bir dəfə əkirik, hər il gətirir. Sağ olsun belə alıcılar, qapıda gəlib alırlar, biz də “Kamaz”a yığırıq. Keçən il xurmanın yeşiyi 5 manat idi, bu il 6 manatdır. Bu il 200 yeşik xurma olub”.

Yasin Musayev hər il Moskvaya 20 min yeşik xurma daşındığını deyir
Yasin Musayev hər il Moskvaya 20 min yeşik xurma daşındığını deyir

Xurma yığımı əsasən hər il oktyabrın sonundan noyabr ayının ortalarınadək davam edir. Bu vaxt ərzində kənddə qızğın iş olur. Kimisi taxta yeşik düzəldir, kimisi meyvə toplayır, kimisi də maşınlara yeşikləri yükləməklə pul qazanır.

Kənddə xüsusi adamlar da var ki, özlərinin məhsulu olmasa da meyvəni kəndlilərdən alıb Moskva bazarlarına aparırlar.

10 ildir xurma alveri ilə məşğul olan Yasin Musayev də deyir ki, bu il kəndlilər məhsulu ona baha qiymətə satıblar. Ancaq bu onu narahat etmir. Yasin Musayev deyir ki, Rusiyaya tətbiq edilən sanksiyalardan sonra , Moskva bazarlarında uduzmayacağını düşünür:

“HƏR İL MOSKVAYA 20 MİN YEŞİK XURMA VURURUQ”

“On il olar bu işlə məşğulam. Seyfəlidəki xurmaları yığıb Rusiyanın Moskva şəhərinə aparıb satıram. Özümün də torpaq sahəm var, amma daha çox qonşulardan alıb satırıq.

Burdan alırıq 7 manata, 700 rubla satırıq. Hər il Moskvaya 20 min yeşik xurma vururuq”.

Bu işin sərrafı sayılan Yasin Musayev deyir ki, xarici bazarlarda daha çox xurmanın şişburun növünü alırlar:

“KƏNDLİ EŞİDİB Kİ, RUSİYAYA AVROPA MALI GƏLMİR, ONA GÖRƏ...”

Meyvələr yeşiklərə yığılıb əsasən Moskva bazarlarına göndərilir.
Meyvələr yeşiklərə yığılıb əsasən Moskva bazarlarına göndərilir.

“Ən çox alınan şişburun növüdür. Ötən ilnən müqayisdə bu il qiymət bahadır. Kəndli eşidib ki, Rusiyaya Avropa malı gəlmir, ona görə qiyməti artırıb ”.

Şəmkir rayon İcra Hakimiyyəti başçısının sosial iqtisadi məsələlər üzrə müavini Fəxrəddin Məlikov deyir ki, bu il 1700 hektar sahədə sırf xurma ağaclarına qulluq edilib. Ümumilikdə isə bu il Şəmkir rayonunun iqtisadi gəlirinin 55, 4 faizini təsərrüfat sahələri təşkil edib:

XURMA İSTEHSALINDA ARTIM VAR...

“Bu aydan yığıma başlayıb. Noyabrın 15-i 20-i qurtarmalıdır. Xurma əsasən Rusiya bazarlarına gedir. Qiymət yaxşıdır. Satanlar da Şəmkirlilərdir. Satan da qazanır. İqtisadi kömək olur, evlərin tikintisinə, dolanışığa xeyir edir. Bizdə 1617 hektar “parnik” var. O da Rusiyaya gedir”.

Hazırkı məlumata görə, bu il Şəmkir rayonunda 61 min ton 520 kiloqram xurma toplanıb. Bu ötən illə müqayisədə 15 faiz çoxdur.

XS
SM
MD
LG