Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 03:43

«Masallıda seçki yox, seçki tamaşası hazırlanır»


Bələdiyyə seçki.arxiv foto
Bələdiyyə seçki.arxiv foto

-

Gözlə

No media source currently available

0:00 0:04:10 0:00
Direct-ə keçid

Azərbaycanda bələdiyyə seçkilərinə saylı günlər qalıb. Dekabrın 23- ü seçki günüdür. Lakin Masallı rayonunda qeydiyyatla bağlı hələ də şikayətlər eşidilir. Şikayət edənlərdən biri də Masallı Ziyalıları İctimai birliyin sədri Məmmədağa Eynullayevdir. Musaküçə kənd sakini Məmmədağa Eynullayev 70 saylı Masallı şəhər seçki komissiyasına 14 imza əvəzinə 20 imza təqdim edib. Onun təqdim etdiyi 6 imzanı işçi qrupu yararsız hesab edib. Məmmədağa Eynullayev deyir ki, ona imza verənlərin hamısı yaxınlarıdır. Ancaq seçki komissiyasında deyiblər ki, ona imza verən 6 nəfər imzalarını geri götürüb:

“İŞÇİ QRUPUNUN RƏYİNİ ƏSAS GÖTÜRÜBLƏR”

Məmmədağa Eynullayevə verilən rəydə qeyd edilir ki, imzadan imtina edənlər onun namizəd kimi qeydə alınmaması barədə dairə seçki komissiyasına müraciət ediblər. Musaküçə kənd sakini qanunsuzluqlar barədə noyabrın 26-da Masallı rayon mərkəzi poçt vasitəsilə Mərkəzi Seçki Komissiyasına şikayət göndərib. Əlində poçtdan aldığı 67405 nömrəli qəbz də var. Lakin bu günə kimi göndərdiyi şikayətdən xəbər yoxdur. Məmmədağa Eynullayev Bakıda Mərkəzi Poçtda da olub.

Poçtdan ona bildirilər ki, MSK-ya göndərdiyi məktub onlara noyabrın 26-da daxil olub. Məktub itdiyi üçün axtarışa verilib.

MSK-YA ŞİKAYƏT YETİŞMƏYİB...

Məmmədağa Eynullayev
Məmmədağa Eynullayev

“Mənim MSK-ya ayın 28-də göndərdiyim məktub mərkəzi poçta itib. Özüm axtarmışam. Ayın 26-da daxil olub mərkəzi poçta. Azərpoçtun poçt daşınma mərkəzinə .Onların əməkdaşı Qəhrəmanova Səbinə Valeh qızı qəbul edib. 26-da həmin məktub orda yoxa çıxıb. Halbu ki, MSK-ya 3 gün müddətinə müraciət etməliyəm. O məktubu qoymurlar ora çatmağa. Orda da faktlarla göstərilib ki, mənim namizədliyimi qeyri qanunu olaraq icra başçısının tələbi əsasında ləğv ediblər. ”

Məmmədağa Eynullayev hesab edir ki, MSK-ya göndərdiyi məktubu bilərəkdən it-bata salıblar:

“YAXIN QOHUMLARIMIN ALTISINA İMTİNA ƏRİZƏSİ YAZDIRIBLAR”

“Yaxın qohumlarımın altısına imtina ərizəsi yazdırıblar. Guya bunlar mənə verdikləri imzadan imtina ediblər. Azərbaycan Respublikasının Seçki Məcəlləsində də belə bir bənd yoxdur ki, imza geri götürülə və buna görə imza ləğv oluna bilər. Heç bir səbəb olmadan. Təzyiq nəticəsində belə bir qərar çıxardıblar. Əslində Masallıda seçki yox seçki tamaşası hazırlanır.”

Məmmədağa Eynullayev bununla bağlı məhkəməyə müraciət etmək fikrində olduğunu deyir. Lakin o yerli məhkəmənin bu işi icraata götürəcəyinə inanmır.Müsavat partiyası Masallı rayon təşkilatın sədri Xasay Səfəroğlu da deyir ki, indidən seçkinin gedişinə müdaxilə var. Buna görə də seçkidə aktiv iştirak etmirlər. Onun sözlərinə səsvermə gününə az da qalsa seçki əhvalı hiss olunmur:

“İCRA ORQANLARIN MÜDAXİLƏSI BAŞ VERİR”

Musaküçə kənd bələdiyyəsi
Musaküçə kənd bələdiyyəsi

“Rəqabət yoxdur. Bu da inamsızlıqdan qaynaqlanır. Zaman-zaman saxtalaşdırılan seçkilərə insanlarda inamsızlıq yaranıb. Bələdiyyə qurumların fəaliyyətsizliyi , vətəndaşlar arasında etibarsızlığı bu seçkiyə marağı azaldır. Hər zamankı kimi istər namizədlərin irəli sürülməsində, istərsə də seçki prosesində icra orqanların müdaxiləsi baş verir.”

Lakin Masallı rayon icra hakimiyyəti aparatı bu iradları qəbul etmir. Onlar seçkiyə heç bir müdaxilənin olmadığını bildirirlər. Müsaküçə kənd icra nümayəndəsi Şəmsəddin Nuriyev deyir ki, seçkini seçki komissiyaları keçirdirlər:

“SEÇKİYƏ BİZİM AİDİYYATIMIZ YOXDUR”

“İcra nümayəndəsi seçki ilə məşğul olmur. Bizim öz işlərimiz var. Seçkiyə müdaxilə yoxdur. Mənim üçün də maraqlı deyil kim namizədliyini verir- vermir. Seçkiyə bizim aidiyyatmiz yoxdur.”

“BURDA NƏ VAR Kİ?”

70 saylı Masallı şəhər seçki komissiyasının sədri Valeh Seyfullayev isə deyir ki, Məmmədağa Eynullayevin topladığı imza yetərli olmayıb:

“Ona imza verən vətəndaşlar ərizə veriblər ki, imza mənim deyil. Bizim əvəzimizə qol çəkib. İmtinaya ərizə veriblər. Burda nə var ki?”.

XS
SM
MD
LG