Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 10:29

ABŞ rəsmisi Xədicə ilə bağlı suallara belə cavab verir


Tom Malinowski Xədicənin həbsinə ABŞ-ın münasibətini açıqlayır
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Tom Malinowski Xədicənin həbsinə ABŞ-ın münasibətini açıqlayır

-

Tom Malinowski, ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisidir. AzadlıqRadiosunun rusdilli Nastoyasheye Vremya televiziya proqramının əməkdaşı Shahida Yakub onunla keçmiş sovet məkanındakı vəziyyət haqqında söhbət edir. Müsahibənin Azərbaycan haqda olan hissəsini təqdim edirik.

- Gəlin Ukraynadan insan haqları məsələsində təşviş yaradan regionun digər ölkələrinə keçək. Belə ölkələrdən biri də Azərbaycandır, və yəqin ki, sualımı təxmin edirsiniz - Xədicə İsmayıl. Bir müddətdir ki, onu həbs ediblər, amma Azərbaycanda jurnalistlər, vətəndaş cəmiyyəti fəalalrına qarşı repressiyalara son qoymaq istiqamətində ABŞ-dan hansısa addım görmürük.

- Biz bunu çox aydın demişik, müsaidənizlə bir daha vurğulayım: hər hansı bir yerdə olduğu kimi Azərbaycanda da heç kim öz fikirlərini dinc yolla ifadə etdiyinə və jurnalist fəaliyyətinə görə həbs olunmamalıdır.

Biz Azərbaycan hakimiyyətinə birmənalı şəkildə çatdırmışıq ki, AzadliqRadiosunun jurnasliti də daxil olmaqla bu adamların azad olunmasını görmək istəyirik.

- Deklarasiya kimi səslənir. Belə bəyanatlardan əlavə adamların həbsdən çıxarılması üçün Azərbaycan hakimiyyətinə qarşı hansısa başqa təsirli addımlar atılırmı?

- Hazırda biz Azərbaycanın yüksək rəhbərliyi səviyyəsində ciddi müzakirələr aparırıq. Onlar başa düşürlər ki, vətəndaş cəmiyyətini boğmaqla müstəqillik qazanandan bəri mövcud olan ABŞ-Azərbaycan münasibətlərini təhlükəyə qoyurlar.

- Azərbaycan hakimiyyətini bu məsələdə nəsə görməyə sövq edəcək imkanınız varmı? Ümumiyyətlə "böyük narahatlıq", "dərin narahatlıq" bəyanatlarından başqa hakimiyyətə hansısa başqa təsir vasitələrniz varmı? Daha nə baş verməlidir ki, bu narahatlıq bəyanatları konkret əməllərə çevrilsin?

- Baxarıq. Hələlik ancaq onu deyə bilərəm ki, 20 ildən artıqdır, Azərbaycan ABŞ-la kifayət qədər yaxşı münasibətlərdə olub. Bəzən aramızda insan haqları məsələri də daxil olmaqla müəyyən mövzularda fikir ayrılığı yaranlıb. Amma həmişə münasibətlərin ABŞ-ın və xüsusilə Azərbaycanın xeyrinə olan vəziyyətdə qalmasına nail olmuşuq.

Son aylarda Azərbaycanda baş verənləri başa düşmək ABŞ-a çox çətindir. Bu addımlar bizim münasibətləri sual altına qoyur. Hazırda biz Azərbaycan hakmiyyəti ilə müzakirələrdə onlara bunu imkan daxilində aydın çatdırmağa cəhd edirik.

- Gözləntilərniz necədir? Yaxın vaxtlarda bu adamların azad ediləcəyinə ümid bəsləməyə dəyərmi?

- Nəyin nə vaxt baş verəcəyini deyə bilmərəm, mənim işim tərəqqinin proqnozu yox, onun həyata keçririlməsidir.

Növbəti addımın necə olacağı məsələsi Azərbaycan hakimiyyətinin əlindədir.

XS
SM
MD
LG