Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 00:36

Bakıda etiraz: Dövlət bizim pulumuzu niyə vermir?- [Video]


Arxiv foto
Arxiv foto

-

Dekabrın 30-da bir qrup Qarabağ veteranı və şəhid ailələrinin üzvləri Milli Məclisin qarşısında etiraz aksiya keçirib. Bu haqda AzadlıqRadiosuna aksiyaçılar məlumat verib. Onlar aksiyaya səbəb kimi 1992-1994-cü illərdə gedən hərbi əməliyyatlar zamanı həlak olan şəxslərin ailə üzvlərinə dövlət icbari sığorta pulunun verilməməsini göstərirlər.

Aksiyaçılardan Kəmalə Bağırova deyir ki, miqdarı 11 min manat olan icbari sığortanın verilməsi ilə bağlı Konstitusiya Məhkəməsi qərar çıxarıb. O bildirir ki, həmin qərarda bu məsələnin həlli Milli Məclisə həvalə olunsa da bununla maraqlanan yoxdur:

“Milli Məclis bu məsələni illik büdcəyə salmalı idi. Bundan sonra Maliyyə Nazirliyi Dövlət Kommersiya Sığorta Şirkətinə pul ayırmalı idi ki, bizə versinlər. Niyə etmirlər, anlamaq olmur. Bir vətəndaş dövlətə borclu olur, dərhal məhkəməyə verib, həmin pulu alırlar. İndi bizim əlimizdə məhkəmənin qərarı var. Bəs, dövlət bizim pulumuzu niyə vermir?”

Aksiyaçılar spiker Oqtay Əsədovla görüşməyi tələb etsələr də onlarla millət vəkilləri İqbal Ağazadə və Fazil Mustafa danışıqlar aparıb. Daha sonra hadisə yerinə polislər gəlib. Polislərlə aksiyaçılar arasında qarşıdurma yaranıb.

Sonda Sonda MM sədrinin birinci müavini Ziyafət Əsgərov 5 nəfər şikayətçini qəbul edib və onlara problemlərinin 2015-ci ildə həll olunacağını bildirib.

Noyabrın 28-də Qarabağ əlilləri və şəhid ailələri parlament binasının qarşısına toplaşıb. Onlar şəxsi icbari sığortanı illərdir ala bilmədiklərinə etiraz etmişdilər.

XS
SM
MD
LG