Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 21:58

2015-ci il bahalanma ilidirmi?


2015-ci ildə Azərbaycanda bahalanma olacaqmı? Olacaqsa nə qədər olacaq?

Yanvarın 7-də neft 50 dollardan da aşağı düşdü. Brent markalı neftin bir barreli 49 dollar oldu.

Gəlirinin 70 faizi neftdən gələn Azərbaycanın gəliri azalır.

Keçən ilin son günlərində Milli Məclis də spirtli içkilərə, Azərbaycana gətirilən avtomobillərə,zərgərlik məmulatlıarına aksiz dərəcələrini artırdı.

Misal üçün, 1 şüşə arağa aksiz 0,75 manat, 1 şüşə konyaka 2,9 manat, 1 şüşə pivəyə aksiz 6 qəpik qaldırılır. Bu da həmin malların azı o qədər bahalanması deməkdir.

Və yaxud, mühərrikinin həcmi 3 min kub sm-ə qədər olan maşınlara görə, indiyi kimi 300 manat aksiz verirdilərsə, indi 400 manat verəcəklər.

Əyarı 500 olan qızılın hər qramına aksiz 1 manat olacaq.

Bütün bunlar o deməkdir ki, bütün bu mallar bahalanacaq.

Bundan başqa, indiyə kimi Azərbaycanda banklardakı əmanətlərə görə vergi vermirdilər, Milli Məclis dividendləri 500 manatı ötən əmanətləri də vergiyə cəlb etmək qəraraını verdi.Bundan sonra əmanətçi mənfəətin 500 manatdan yuxarı hissəsindən mənfəət vergisi verəcək.

Bizimyol.info saytı iqtisadçı Samir Əliyevə istinadla yazır ki,əmanətçilər bununla öz qazanclarının 10 faizini itirməli olcaq. Söhbət 60 milyon manat məblığində vəsaitdən gedir.

Bahalanma, inflyasiya məsələsinə qayıtsaq, əmanətlərə vergi qoyulması əhalini banklardakı pulunu geri götürməyə sövq edə bilər. Müqayisə üçün, Rusiyada dekabrın ortalarında bir həftədə əhali banklardan 740 milyard rubl həcmində pul çıxarmışdı. Bu da inflyasiyaya güclü təkan verdi. Düzdür, Azərbaycanda Rusiyadakı kimi yerli pul xarici valyutaya nisbətən düşmür, ancaq gələcəkdə necə olacaq?

Bahalanma təhlükəsi yaratdığı halda hökumət aksiz dərəcələrinin artırılmasına niyə gedir?

Azər Mehtiyev
Azər Mehtiyev

İqtisadçı Azər Mehtiyev Azadlıq Radiosuna deyir ki,neftin qiymətinin azalmasına görə neft şirkətindən büdcəyə aksizlərdən gələn pul 200 milyon manat azalıb. Hökumət tütünə, arağa, maşına aksizləri qaldırmaqla, bunun yerini doldurmaq istəyir.

Bəs bu, güclü bahalanma yaratmayacaqmı?

Azər Mehtiyevin fikrincə, iqtisadi amillərin təzyiqi, basqısı böyükdür, ancaq burda siyasi amillər də var.

Bu il Azərbaycanda Milli Məclisə seçkilərdir. Əvvəlki təcrübə göstərir ki, seçkiyə qədər hökumət qiymətlərin qalxmasına, social-iqtisadi gərginlik yaranmasına imkan vermir.

Azər Mehtiyev ikinci vacib siyasi amili də qeyd edir. Bu, Azərbaycanda Avropa oyunlarıdır.

İqtisadçının fikrincə, Avropa Oyunlarına qədər də Azərbaycan hökuməti qiymətlərin qalxmasında qətiyyən maraqlı deyil.

Əvvəldəki suala qayıtsaq, Azərbaycanda bu il bahalanma olacaqamı və nə qədər olacaq?

Azər Mehtiyev deyir: “ İqtisadi amillər bu il Azərbaycanda inlyasiya proseslərini qaçılmaz edir. Ancaq bu həm də asılıdır, hökumətin bu proseslərə nə qədər müdaxilə etmək istəməsindən.

Avropa oyunlarına və seçkiyə qədər çox güman ki,elə bir bahalanma olmaya bilər,ancaq neftin qiymətləri belə düşməkdə davam edərsə, yenə də əvvəlki illərin təcrübəsindən demək olar ki,inlyasiya basqısının təsiri geclü şəkildə seçkidən və Avropa oyunlarından sonra özünü göstərəcək və reallaşacaq”.

Gözlə

No media source currently available

0:00 0:08:19 0:00
Direct-ə keçid

Bakı Avropa oyunları 2015-ci ilin iyununda keçiriləcək.

Milli Məclisə seçkilər isə 2015-ci ilin sonundadır.

XS
SM
MD
LG