Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 16:52

Naxçıvanda 7 min kvadratmetr sahə dezinfeksiya olunub


Arxiv foto
Arxiv foto

-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Şərq qapısı 13 yanvar 2015

MUXTAR RESPUBLİKADA EPİDEMİOLOJİ VƏZİYYƏT SABİTDİR

Ötən ilin dekabr ayında muxtar respublikamızda epidemioloji vəziyyət sabit olmuş, zəhərlənmələr baş verməmiş, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilmişdir. Yenidoğulmuş uşaqların 94,6 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd almışdır. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilmiş, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab suları axıdılan yerlərdə, məişət tullantıları qoyulan meydançalarda 7188 kvadratmetr dezinfeksiya, 3385 kvadratmetr dezinseksiya tədbirləri həyata keçirilmişdir.

...Kommunal gigiyena laboratoriyasında 38 nümunədə 304, Toksikoloji, xarici mühitdə və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 27 nümunədə 109 müayinə aparılmışdır.

MƏKTƏB BİNASINDA SON TAMAMLAMA İŞLƏRİ APARILIR

Güclü maarifçilik ənənələri olan Ordubad şəhər 3 nömrəli tam orta məktəbi üçün yeni binanın inşa olunması həm məktəbin pedaqoji kollektivinin, həm də valideynlərin böyük sevincinə səbəb olub. Binanın tikintisinə ötən ilin mart ayından başlanılıb. Hazırda binada son tamamlama işləri görülür, həyətyanı ərazi qaydaya salınır. 774 şagird yerlik məktəb binasının inşası “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılıb. Bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Yeni məktəb binasında laboratoriyalar, hərbi kabinə, 48 sinif otağı, 4 elektron lövhəli sinif, 4 kompüter sinfi, idman zalı, 2 müəllimlər otağı, 2 bufet müəllim və şagirdlərin ixtiyarına veriləcək. Bu məktəbin tikintisi başa çatdıqdan sonra bölgədə yeni bina ilə təchiz olunan təhsil ocaqlarının sayı 23-ə çatacaq.

XS
SM
MD
LG