Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 13:56

İntiqam Əliyevin baş mühasibinin ziddiyətli ifadələri


İntiqam Əliyevin məhkəmə prosesi onun qəfəsdə saxlanması ilə başladı. Onun etirazlarından sonra hakim məhkəməni qəfəssiz müttəhimlər kürsüsü olan zalda aparmaq qərarını verdi
İntiqam Əliyevin məhkəmə prosesi onun qəfəsdə saxlanması ilə başladı. Onun etirazlarından sonra hakim məhkəməni qəfəssiz müttəhimlər kürsüsü olan zalda aparmaq qərarını verdi

-

Fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqşünas, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin işi üzrə məhkəmə prosesi davam edib. Onun gedişindən olan reportajın 2-ci hissəsini təqdim edirik. Reportajın əvvəlini burada oxu

- Fasilədən sonra hakim məhkəmənin tərkibinə etirazla bağlı vəsatəti təmin etməyib, bunu müdafiə tərəfinin əsaslandırmasının düzgün olmadığı ilə iah etdi.

Sonra prosesdə zərərçəkən Gülşən Orucova ifadə verdi. Bildirdi ki, 2005-2013-cü illərdə İntiqam Əliyevin rəhbərlik etditi Hüquq Maarifçiliyi Cəmiyyətində baş mühasib kimi çalışıb.

Prokurorun Gülşən Orucovaya verdiyi suallar müdafiə tərəfinin etirazına səbəb oldu. Vəkil Elçin Sadıqovun fikrincə, prokurorun verdiyi suallar Gülşən Orucovanın çəkdiyi zərərlə bağlı deyil.

Gülşən Orucova müdafiənin də suallarına cavab verdi. Bundan sonra Elçin Sadıqov istintaqın obyektiv aparılması ilə bağlı şübhələrini səsləndirərək dedi ki, Gülşən Orucova ziddiyyətli ifadələr verir.

"Onun cəmi 3 dəfə dindirilməsi rəsmiləşdirilib. Ancaq özü də ifadəsində bildirdi ki, dəfələrlə, hətta 10 dəfədən çox istintaqa dəvət olunub. Onun ifadəsi istintaq dövründə də bir neçə dəfə dəyişib. Bu da onu deməyə əsas verir ki, istintaq dövründə ona təzyiqlər olub. Hazırki ifadəsinin biz həqiqətə uyğun qəbul etmirik. Hesab edirik ki, verdiyi ifadələr hansısa təzyiqdən irəli gəlib".

Vəkil başqa bir ziddiyəti də diqqətə çatdırdı. Gülşən Orucovanın ibtidai istinta ufadəsinə əsasən, İntiqam Əliyevdən maddi asılılığı olduğu üçün onun təklifi ilə bacısı Əfsanə Orucovanın adına bank hesabı açaraq, ora köçürülən pulları çıxarıb İntiqam Əliyevə qaytarıb. Məhkəmədə isə tam əksinə, bunun bacısının gələcəyi üçün – gələcəkdə daha çox təqaüd alınması məqsədilə etdiyini bildirib.

Bundan sonra vəkil Şəhla Hümbətova Gülşən Orucovadan Hüquq Maarifçiliyi Cəmiyyətində çalışdığı dövrlərdə başqa təşkilatlarda da əməkdaşlıq haqda soruşub. Gülşən Orucova daha bir neçə təşkilatda da çalışdığını bildirib:

- Bəli, eyni zamanda bir neçə təşkilatın da baş mühasibi olmuşam. Adlarını dəqiq bilmirəm. Amma həmin təşkilatlardan da əməkhaqqı almışam".

Şəhla Hümbətova:

- Deyirsiniz eyni zamanda daha bir neçə təşkilatda çalışıb və əməkhaqqı almısınız. Belə olan halda, ibtidai istintaqa verdiyiniz ifadənizdəki hansı maddi asılılıqdan söhbət gedir?

Gülşən Orucova sualı cavablandıra bilməyib.

Növbəti məhkəmə prosesi martın 3-ə təyin olunub. Onun gedişindən ətraflı reportajı AzadliqRadiosunun saytında izləyin

XS
SM
MD
LG