Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 10:04

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Azərbaycanda yoxlamaları yekunlaşdırır


Azerbaijan - Oil price on world markets
Azerbaijan - Oil price on world markets

.

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT-EİTİ) qarşısında götürdüyü öhdəliklərə əməl edirmi?
Azərbaycana bu suala cavab tapmağa gələn beynəlxalq qiymətləndiricilər demək olar ki, işlərini başa vurublar. İlkin rəylərini də Azərbaycanın Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Koalisiyasının üzvləri ilə bölüşüblər. Amma Koalisiyanın bəzi üzvləri qiymətləndiricilərin özlərindən narazı qalıb.

“RƏYDƏN NARAZIYIQ”
Koalisiyanın İdarə heyətinin üzvü Zaur Əkbər deyir ki, qiymətləndiricilər Azərbaycandakı son hadisələrdən məlumatsız olublar, qiymətləndirməni düzgün aparmayıblar:

“Qiymətləndiricilərdən ona görə narazıyıq ki, birincisi metodologiyanı, ikincisi standarları bilmirlər. Biz hələ yanvar ayında, qiymətləndirmə başlamazdan əvvəl, Azərbaycandakı son durumla bağlı bütün məlumatları onlara göndərmişdik. Təəssüf ki, onlar bizim göndərdiyimiz məlumatları heç oxumayıblar da”.

Gözlə
Embed

No media source currently available

0:00 0:01:07 0:00
Direct-ə keçid

İLKİN RƏYDƏ QHT-LƏRƏ BASQILARA YER VERİLMƏYİB...

Zaur Əkbərin sözlərinə görə, koalisiya üzvləri beynəlxalq qiymətləndiricilərin rəyi ilə bağlı açıqlamalarını hazırlayırlar. Açıqlamada niyə qiymətləndirmədən narazı qaldıqlarını, qiymətləndirmənin düzgün və obyetkiv, hərtərəfli aparılmadığını əsaslandıracaqlar.

Zaur Əkbər bildirir ki, koalisya üzvlərini ən çox narazı salan məqam qeyri-hökumət təşkilatlarına yönəlmiş son basqıların qulqaardına vurulmasıdır:

“Hesabatda vətəndaş cəmiyyətinin durumu, ölkədəki son ictimai-siyasi problemlər əksini tapmayıb. Bizi ən çox narahat edən də bu məsələdir. Ölkədə vətəndaş cəmiyyəti fəallarına basqılar, hətta koalisiyanın bəzi üzvlərinin bank hesabına həbs qoyulması, bəzi üzlərinin təhlükəsizliyi üçün ölkədən çıxması – bütün bunlar ilkin rəydə yoxdur”.

3 VARİANTDAN SONUNCUSU.. VƏ NƏTİCƏ...
Ötən ilin oktyabrın 15-də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Azərbaycanın üzvlüyü məsələsini müzakirəyə çıxarmışdı. Müzakirələrdən sonra aşağıdakı 3 qərardan biri qəbul edilməli idi:

1. Azərbaycanın MSŞT-dən çıxarılması
2. Azərbaycanın MSŞT-də fəaliyyətinin müvəqqəti dayandırılması
3. Azərbaycanın bu təşkilat qarşısında öhdəliklərə əməl edib, etməməsini yoxlamaq üçün erkən dəyərləndirmənin aparılması

3-cü qərarı seçən təşkilat yanvarda Bakıya qiymətləndiricilərin göndərilməsini qərara aldı.

MSŞT-də Azərbaycanla bağlı müzakirələr vətəndaş cəmiyyətinə təzyiqlərdən sonra başlamışdı. Qiymətləndiriciləri də ölkəyə göndərməkdə məqsədlərdən biri həm də bu məsələnin öryənilməsi idi.​

“ÜMİD EDƏK Kİ, YEKUN RƏYDƏ BUNLAR NƏZƏRƏ ALINACAQ”

Koalisiyanın idarə heyyətinin üzvü Qubad İbadoğlunun fikrincə, rəy hazırlanarkən dərindən tədqiqat aparılmayıb, vətəndaş cəmiyyətinin bu prosesdə iştirakının dəyərləndirilməsi ilə bağlı öhdəliklər yerinə yetirilməyib:

“Erkən qiymətləndirməyə səbəb olan hallar səthi araşdırılıb. Qiymətləndirmədə yeni standartların tələblərinə düzgün əməl edilməyib, təhfirlərə yol verilib. Bir sözlə, qiymətləndirmənin keyfiyyəti çox aşağı olub”.

Qubad İbadoğlu bildirir ki, İctimai Birliklərin QHT Koalsiyası adından rəylə bağlı tövsiyələri qiymətləndiricilərə təqdim edilib. O ümid edir ki, bu tövsiyyələrə diqqət yetirib yekun sənədi daha da təkmilləşdirəcəklər.

Beynəlxalq qiymətləndiricilərin yekun rəyi apreldə açıqlanmalıdır.

Hələlik, təşkilat daxilində müzakirələr gedir.

“SƏRT QƏRAR PROSESİN ZİYANINADIR”
Azərbaycanın Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev deyir ki, ilkin rəy hələ nəsə demək deyil:

“Mənim tanış olduğum rəydə bütün məsələlər öz əksini tapıb. Yeni standartların tələblərinə və metodoligiyaya uyğun rəy hazırlanıb. Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Koalisiyası birmənalı olaraq Azərbaycana qarşı hər hansı sərt qərarların əleyhinədir. Sərt qərar əksinə prosesin ziyanına ola bilər. Ümumiyyətlə, biz düşünürük ki, sərt qərar üçün yetərincə əsaslar belə yoxdur”.

Gözlə

No media source currently available

0:00 0:01:19 0:00
Direct-ə keçid


Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Richard Dion ilkin rəylə bağlı bəzi koalisiya üzlərinin narazılığı haqda AzadliqRadiosuna deyib ki, yekun rəydə QHT-lərin qaldırdığı məsələlərin də olacağı gözlənir. O bildirib ki, rəy hələ hazırlanmaqdadır. Bu sənəd hazır olmayana və MSŞT-nün idarə heyətində təsqiləməyənə qədər bu haqda ətraflı danışmaq istəmir.

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü təşkilatına 2003-cü ildən qoşulub və onun yerli qurumu olan Mədən Senayesində Şəffaflığın Artırılması Koalisiyası yaradılıb. Bu koalisiyaya hökumət, vətəndaş cəmiyyəti və mədən şirkətləri daxildir. Koalisiyada vətəndaş cəmiyyətini ümumilikdə 140-a qədər QHT təmsil edir.

XS
SM
MD
LG