Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 16:48

Heydər Əliyev və Azərbaycan qadını


Arxiv fotosu
Arxiv fotosu

-

«Şərq qapısı» 06.03.2015

Ulu öndər Heydər Əliyev və Azərbaycan qadını

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev Universitetinin «Ulu öndər Heydər Əliyev və Azərbaycan qadını» mövzusunda növbəti məşğələsi keçirilib.

Vurğulanıb ki, Türk dünyasının böyük oğlu Heydər Əliyevin həyata keçirdiyi gender siyasətinin əsas nəticələrindən biri də 1998-ci ildə Azərbaycanda keçirilmiş Qadınların I Qurultayı idi. Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda demokratik cəmiyyətin, qadın hərəkatının əsasını qoydular. Məruzəçi qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin imzaladığı fərman və sərəncamlarla, o cümlədən “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin gücləndirilməsi haqqında” və digər rəsmi sənədlərdə ölkəmizdə qadınların hüquqlarının müdafiəsi təmin olunub. “ Ulu öndərin siyasi kursu bu gün də uğurla davam və inkişaf etdirilir”, – deyən Nəzakət İsmayılova məşğələ iştirakçılarının nəzərinə çatdırıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbulu qadın­larla bağlı məsələlərin hər zaman dövlət başçımızın diqqət mərkəzində olduğunun təzahürüdür.

Əhaliyə göstərilən səyyar xidmət davam etdirilir

Əhaliyə səyyar xidmətin göstərilməsinə bu il yanvar ayının 15-dən başlanılıb. Yanvar ayı ərzində Culfa rayonunun Yaycı, Şərur rayonunun Dizə, Oğlanqala, Ordubad rayonunun Vənənd, Kəngərli rayonunun Çalxanqala, Şahbuz rayonunun Ağbulaq kəndlərində əhaliyə səyyar xidmət göstərilib, ümumilikdə, 141 müraciətə baxılıb...

...Xüsusi imtiyazlı təbəqədən olan insanlara (əlil, ahıl, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən yaşayış yeri uzaqda yerləşən, müxtəlif səbəblərdən hərəkət etmək çətinliyi olan vətəndaşlar) daşınmaz əmlaka mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatı və digər xidmətlərin yerində göstərilməsi məqsədilə “NAZ-Lifan-6401” markalı minik-vaqon avtomobili mobil ofis səviyyəsində dizayn edilib, qeydiyyat işlərinin aparılması üçün lazımi avadanlıqlarla təchiz olunub.

XS
SM
MD
LG