Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 13:55

Azadliq Radiosunun Xədicə ilə bağlı bəyanatı


AzadAvrropa/Azadliq Radiosunun baş redaktoru Nenad Pejic
AzadAvrropa/Azadliq Radiosunun baş redaktoru Nenad Pejic

-

“Azadlıq Radiosuna qarşı ittihamların, eləcə də Xədicənin həbs müddətinin uzadılmasının heç bir əsası yoxdur”.

Azad Avropa və Azadlıq Radioları Korporasiyasının yaydığı bəyanatda bu fikirləri Radionun baş redaktoru Nenad Pejic-in bildirdiyi qeyd edilir.

Nəsimi Rayon Məhkəməsi Azadlıq Radiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılın həbs müddətinin 2 ay da uzadılması haqda qərar çıxarıb.

N.Pejic-in bildirdiyinə görə, AzadlıqRadiosunun Azərbaycandakı fəaliyyəti, yayımı qanunidir, bununla bağlı dövlət orqanları tərəfindən verilmiş sənədlər var, radionun vergi, maliyyə sənədləri qaydasındadır, hüquq mühafizə orqanları bunu ört-basdır etməyə çalışırlar:

“Bütün ittihamlar ləğv edilməli və Xədicə dərhal azad edilməlidir”.

Hüquq-mühafizə orqanları Radionu, o cümlədən onun Bakı bürosunun sabiq rəhbəri X.İsmayılı vergidən yayınmada, qanunsuz biznes fəaliyyəti və səlahiyyətdən sui-istifadədə ittiham edirlər.

X.İsmayıl Nəsimi Rayon Məhkəməsində yarım saat çıxış edib və ona qarşı irəli sürülən ittihamları saxta adlandırıb. Beynəlxalq hüquq müdafiə təşkilatları onun həbsini Azərbaycanda müstəqil fəal və jurnalistlərin susdurulmasına cəhd kimi qiymətləndrirlər.

X.İsmayılın vəkilləri bildirirlər ki, Azadlıq Radiosuna qarşı saxta ittihamlar radio ilə axır 7 ildə əməkdaşlıq etmiş istənilən şəxsi qanunsuz biznes fəaliyyətində ittiham etməyə zəmin yaratmağa xidmət edir.

X.İsmayıl ötən il dekabrın 5-də həbs edilib. Onu ilk öncə həmkarını intihar həddinə çatdırmaqda suçlayıblar. Azadlıq Radiosunun Bakı bürosu isə dekabrın 26-da möhürlənib.

XS
SM
MD
LG