Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 03:40

Gül buketi 30, hədiyyələr 20 manatdan başlayır


Foto: Arxiv
Foto: Arxiv

-

«Bizim yol» qəzetinin əməkdaşları 8 Mart qadınlar bayramı ərəfəsində paytaxtın bəzi gül və hədiyyə mağazalarında qiymətin «nəbzini» tutublar. Qəzetdə «Gül buketi 30, hədiyyələr 20 manatdan başlayır» adlı yazıda deyilir ki, qiymətlər bayram ovqatını təlx edə bilər:

««İnşaatçılar» metrosunun yaxınlığındakı gül mağazalarında gül buketlərinin qiyməti 25-30 manat arasında dəyişir. Qırmızı güllərdən ibarət buketlər 30 manat, səbət şəklində yığılmış güllər isə 25 manatdır. Tək qızılgülün qiyməti isə 5 manatdır. Hədiyyələr mağazasında isə olduqca fərqli, kreativ hədiyyələrlə qarşılaşmaq olar. Ancaq bu hədiyyələrin qiyməti heç də ucuz deyil. Şüşədən hazırlanmış suvenirlərin qiyməti 20 manatdan başlayır. Müşahidəmiz göstərir ki, müxtəlif ölçüdə və formada olan suvenirlər mağazaya daxil olan xanımların diqqətini çəkir. Gülüş işarəsinə bənzər fincanlar da hədiyyə üçün seçilən əşyalardandır. Bu fincanların qiyməti 13-15 manatdır. Xanımlar üçün olan qol saatlarının qiyməti isə 25-30 manat civarındadır. Gənc xanımların sevimlisi olan ayı oyuncaqlarının qiyməti ölçüsünə uyğun olaraq dəyişir. Kiçik oyuncaqlar 15-20 manat, orta ölçülü 45 manat, böyük ölçülü oyuncaqlar isə 65-70 manatdır. 8 Martın əvəzedilməz hədiyyəsi olan ətirlər isə 25-30 manatdan başlayan qiymətlərlə satılır».

Mərkəzi Bank
Mərkəzi Bank

DEVALVASİYA OLMASAYDI, VALYUTA EHTİYATI QISA ZAMANDA «ƏRİYƏRDİ»

«Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azalıb».

Bunu «Azadlıq» qəzeti şənbə sayında yazır. Qəzet bildirir ki, 2015-ci ilin fevralının yekunlarına görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11 milyard dollar olub: «Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23.8 faiz, ilin əvvəlinə nisbətən 20 faiz, yanvarın sonu ilə müqayisədə 13.2 faiz azdır. Məlumatı Mərkəzi Bank öz saytında yayıb».

İqtisadçı-ekspert Samir Əliyev «Azadıq» qəzetinə bildirib ki, bunun səbəbi son dövrlər manata güclü təzyiqin olması fonunda devalvasiya gözləntilərinin yaratdığı panikadır: «Əhalinin kütləvi şəkildə dollar alışına girişməsi nəticəsində dollara tələbat yüksəldi və Mərkəzi Bankın bazara intervensiyası kəskin artdı. Proses belə davam etsəydi qısa müddətdə valyuta ehtiyatı «əriyərdi». Çünki, xüsusilə də yumşaq devalvasiya zamanı gündəlik intervensiyanın həcmi 500 milyon dollar olub».

Mikayıl Cabbarov
Mikayıl Cabbarov

TƏHSİL NAZİRİNDƏN ALİ MƏKTƏBLƏRƏ ÇAĞIRIŞ

«Təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsi qarşımızda duran ən mühüm vəzifələrdən biridir. Amma hər birimiz çox yaxşı başa düşürük ki, təhsilin keyfiyyəti yalnız maddi-texniki bazanın gücləndirilməsi ilə bitmir».

Yap.org.az saytı yazır ki, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, ali təhsilin keyfiyyətinin yüksəldilməsində yalnız maddi-texniki bazanın yenilənməsi kifayət deyil. Onun sözlərincə, qarşımızda duran vəzifə və çağırışlar daha genişdir.

«Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da həm təhsil verən, həm də təhsil alanlar qarşısında vəzifələr qoyulur. Ali məktəblərinresursları beynəlxalq səviyyəyə uyğunlaşdırılaraq ən yüksək nəticələrə nail olunmalıdır. Əgər 30 il əvvəl hər 100 məzundan 15-20-si ali məktəbə qəbul olurdusa, bu gün artıq hər 100 məzunun 40-a yaxını tələbə olur. Bu kütləviləşmə də ali təhsil müəssisələrinə müəyyən dərəcədə təsir edir. Ali məktəblər də bu günün çağırışlarına cavab olaraq müasir tədris texnologiyalarından istifadə edərək öz təhsil sistemlərində keyfiyyətin yüksəldilməsi üçün yeniliklər tətbiq etməlidirlər»- deyə, nazir vurğulayıb.

XS
SM
MD
LG