Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 16:36

Həkim Vitt: “Leyla Yunusda qara ciyərinin dağılması prosesi gedir”


Leyla Yunus
Leyla Yunus

.

Leyla Yunusda qara ciyərinin dağılması prosesi gedir” - Hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusu müayinə edən alman həkim Kristian Vitt belə qənaətə gəlib.

Kristian Vitt Leyla Yunusu martın 12-də müayinə edib. Məlumatı Turan informasiya informasiya agentliyinə Leyla Yunusun vəkili Elçin Qəmbərov verib:

“Müayinə zamanı həkim Leyla Yunusa dedi ki, Almaniyada yoxlanan qan analizinin nəticələri göstərib ki, qanda aşkar edilən hepatit C təhlükəli xarakter alır. Bu, birmənalı olaraq qara ciyərin dağılmasına aparır. Həkim ona bahalı dərmanlar yazıb və bunlar Azərbaycanda yoxdur. Çıxılmaz vəziyyət yaranıb. Bu vəziyyətdən çıxış yollarını axtarırıq”.

Penitensiar Xidmət məsələyə şərh verməkdən imtina edib, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət olunmasını tövsiyə edib. Lakin bu idarədən də şərh almaq mümkün olmayıb. Amma Ədliyyə Nazirliyinin rəsmiləri bundan əvvəlki çıxışlarında Leyla Yunusun səhhətində ciddi problemlərin olmadığını bildiriblər.

Həkim Vitt bundan əvvəl də iki dəfə - dekabrın sonlarında və yanvarda Leyla Yunusun müayinəsində iştirak edib.

Leyla Yunus 2014-cü il iyulun 30-da həbs olunub. O, dövlətə xəyanət və iqtisadi cinayətlərdə ittiham olunur. Onun həyat yoldaşı Arif Yunus 2014-cü il avqustun 5-də dövlətə xəyanə ittihamı ilə həbs olunub.

Amnesty International onları “vicdan məhbusları” kimi tanıyıb.

XS
SM
MD
LG