Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 04:42

XİN: «Azərbaycanda heç kim siyasi baxışlarına görə təqib olunmur»


Hikmət Hacıyev
Hikmət Hacıyev

-

«Azərbaycan Respublikasında qanunun aliliyi təmin olunub və davamlı demokratik inkişaf yolunda ardıcıl addımlar atılır. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir və əməli fəaliyyəti ilə bunu nümayiş etdirir. Bütün bu tədbirlər, ilk növbədə, Azərbaycan vətəndaşlarının mənafeyi naminə edilir və bu, hökumət fəaliyyətinin əsasıdır. Heç kim siyasi baxışlarına görə təqib edilmir».

Bu açıqlama ilə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev çıxış edib.

Məlumatı apa yayıb.

Nikmət Hacıyev onu da bildirib ki, «Dövlət Departamentinin ATƏT qarşısında öhdəliklərini və BMT TŞ-nin qətnamələrini yerinə yetirmək üçün Ermənistanı öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa çağırması və azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası məsələsini qaldırması daha təqdirəlayiq olardı».

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki martın 19-da prezident İlham Əliyevin əfv fərmanını alqışlayan bəyanat verib:

«Birləşmiş Ştatlar martın 18-də verilmiş əfv fərmanını, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru Bəşir Süleymanlının, eləcə də Azərbaycan QHT-lərinin vətəndaş fəaliyyətinə görə saxlandığını dediyi daha 3 nəfərin azadlığa buraxılmasını alqışlayır».

Jen Psaki hökuməti digər ictimai fəalları da azad etməyə çağırıb:

«Azərbaycan hökumətini növbəti aylarda yenə müsbət addımlar atmağa, ictimai fəaliyyətinə görə həbs olunduğu bildirilən digər şəxsləri də azadlığa buraxmağa çağırırıq. Hökumət bununla bütün vətəndaşların təməl azadlıqlarının qorunmasına dair ATƏT qarşısındakı və digər beynəlxalq öhdəliklərinə sadiqliyini göstərər».

Azərbaycan prezidenti İlham Əliyevin martın 18-də imzaladığı əfv sərəncamı 101 məhbusa şamil edilib. Bunların sırasında 90 məhbus cəzasının çəkilməmiş hissəsindən azad olunub.​

XS
SM
MD
LG