Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 13:31

Həbsdə olan A.M.A.Y. sahibi: "Cəzamı verin, gedim çəkim"


Arxiv fotosu
Arxiv fotosu

-

Aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərcəkənlər Əsli Həsənova, Nüşabə Əliyeva, Şahin Talıbov və Rəşad İsmayılov dindirildi.

Daha sonra Abdulla Abdullayev çıxış etdi. İş adamı “Xudafərin” MMC ilə bağlı ona verilən ittihamları əsassız saydığını bildirdi:

“Bu, haradan başlanıb axı? Özümə söz vermişdim ki, bu gündən daha danışmayacam. Mən nə danışım axı? Danışsam da əhəmiyyəti yoxdur. Pul ödənilib, hər şey həll olunub. Mən bu gün 1 ildir burada oturmuşam. Cəzamı versinlər, çıxım gedim.

Baş Prokurorluğun üzündən tikintini başa çatdıra bilmirdik. Tikintini başa çatdıranda yenə də bu işi başladılar. Mən neyləyə bilərdim axı? Korrupsiya idarəsi hər 2-3 ildən bir gəlib ilişir, bütün işləri dayandırırdı. Xoşum gəlirdi ki, mənim tikintim yarımçıq qalsın? Mümkündürsə ekspertiza təyin olunsun. “Xudafərin” MMC-yə çəkilən xərclə yığılan vəsait hesablansın. Əgər ora 10 milyondan artıq əlavə vəsait sərf olunmayıbsa, onu bunu sübut edən şəxsə bağışlamağa hazıram. Mən ora 10 milyon xərc çəkmişəm”.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG